Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
Tarix: 12.12.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Xalqların öz müqəddəratını təyinetmə prinsipinin müəyyənləşməsi də ilk növbədə dövlətlərin ərazi bütövlüyünə uyğun və mərkəzi hakimiyyətin icazəsi əsasında olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli bu prinsiplər əsasında mümkündür”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət barədə həm ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələrinə, həm xaricdə təşkil olunan tədbirlərdə məlumatlar çatdırılır. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.

Beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir. BMT nizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Prezident İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olublar.
Səfərdə iştirak edən ABŞ-dan olan tədqiqatçı Ceyms Koyl bildirib ki, beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir. BMT nizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Tədqiqatçı bildirib ki, xalqların öz müqəddəratını təyinetmə prinsipinin müəyyənləşməsi də ilk növbədə dövlətlərin ərazi bütövlüyünə uyğun və mərkəzi hakimiyyətin icazəsi əsasında olmalıdır: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli bu prinsiplər əsasında mümkündür”.

Səfir:
"Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da işləyəcək"
Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez isə bildirib ki, hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir. Səfir Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladıb: “Fransa digər həmsədr ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması istiqamətində bundan sonra da işləyəcək". Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi ilə tanış olan A. Buşez bildirib ki, gördüklərindən müsbət təəssüratlar əldə edib: “Gördüklərimiz, məktəblər və sair məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdir. Hər bir fəaliyyətin kökündə insan amili və onun həyat şəraitinin yaxşılaşdırılması durmalıdır”.

Əli Həsənov:
“Ermənistandan böyük köç başlayıb”
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, artıq ermənilər Azərbaycan dövlətinə, onun siyasətinə uduzurlar. Komitə sədri bildirib ki, ermənilərin tikdiyi “Marağa - 150” abidəsi onların bu ərazilərə köç etməsini təsdiqləyir: “Bütün sənədlər toplanıb və burdadır. Əvvəllər şifahi deyilirdisə, indi bunu sənədlərlə sübuta yetiririk. Artıq onların yaydıqları yalana dünya ictimaiyyəti inanmır. 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İranın Marağa kəndindən erməni ailələrinin köçürüldüyünü təsdiq edən bir abidədir. Bir zamanlar bütün dünyadan ermənilər Azərbaycan torpaqlarına köçürülürdüsə, indi Ermənistandan böyük köç başlayıb. Çoxlu sayda erməni ailəsi ölkəni tərk edir”.
Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak ediblər. Onlarda çox yüksək təəssürat yarandı. H. Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.

UNESCO -nun QHT Forumunda Ermənistanın təxribatçı addımları pislənilib

Qeyd edək ki, Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası başa çatıb. Sessiyada UNESCO-ya üzv dövlətləri təmsil edən nümayəndələrlə yanaşı, UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Sessiya çərçivəsində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.Fazil Qasımov Forumda Ermənistan nümayəndəsinin, Komitə üzvlüyündən sui-istifadə edərək Azərbaycanın təqdim etdiyi bütün nominasiya fayllarına provokativ müdaxiləsinə və siyasi şərhlərinə etiraz edib, Forumun yekun bəyanatında Konvensiyanın ruhuna xələl gətirən bu cür əməllərin kəskin pislənilməsini tələb edib. İctimai Birliyin nümayəndəsi, QHT-lərin sülhə, dialoqa və mədəni irsin qorunmasına sadiq olduqlarını ifadə etmək üçün UNESCO sessiyasında iştirak etdiklərini bildirib, sessiyada nifrət çıxışları edilməsinin təəssüf doğurduğunu və bunun yolverilməz olduğunu qeyd edib.
İctimai Birliyin tələbi nəzərə alınaraq, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunun yekun bəyanatında Qiymətləndirici Orqan tərəfindən verilən qərarlara sistematik şəkildə Komitə üzvləri tərəfindən yersiz müdaxilələr edilməsinin Konvensiyanın nüfuzuna xələl gətirdiyi və Qiymətləndirici Orqanın mövqeyini zəiflətdiyi qeyd olunub, UNESCO Konvensiyasının missiyasının ölkələr arasında rəqabət yaratmaq olmadığı vurğulanıb.
Sessiya çərçivəsində QHT-lərin fəaliyyəti ilə bağlı təqdimat materialları Jeju Beynəlxalq Konfrans Mərkəzində nümayiş edilib.
İctimai Birliyin nümayəndəsi Fazil Qasımov qonaqlara Azərbaycan musiqi sənəti və folklor nümunələri ilə bağlı audiovizual materialları və Aşıq Şəmşirin portretini hədiyyə edib. Qeyd edək ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi statusu verilib.
Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info