Fransalı nümayəndələr Ağ Şəhərdə olub
Tarix: 12.12.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Fransanın Ərazilərin Bərabərliyi Nazirliyinin “Davamlı şəhər” layihəsinin direktoru Erve Buaqiyomun rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olub. Bakı Ağ Şəhərin mətbuat xidmətindən bildirilib ki, səfər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında şəhərsalma və mənzil sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Ağ Şəhərin davamlılıq üzrə təcrübəsi ilə maraqlanan qonaqlara layihələndirmə prinsipləri barədə məlumat verilib. Qeyd olunub ki, “Ağ Şəhər” layihəsi ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir. Qonaqlar Yaşıl Ada kvartalını gəzərək, burada salınmış “Paris evləri” ilə tanış olublar. Görüş zamanı “Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçiriləcək əməkdaşlıq məsələləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info