Zirə, Türkan və Pirallahıda su təchizatının yenilənməsinə vəsait ayrıldı
Tarix: 11.12.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Prezident Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində regionlarda, paytaxt və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılıb, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb. Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində diametri 110 mm, uzunluğu 13,0 km, Türkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 8,1 km olan paylayıcı su şəbəkəsinin, habelə Pirallahı rayonunun Pirallahı qəsəbəsində diametrləri 530-800 mm, uzunluğu 6,8 km olan magistral su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 10,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb. Bakı şəhəri Xəzər rayonunun Zirə, Türkan və Pirallahı rayonunun Pirallahı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
24.06.2018
Prezidentin Mətbuat Xidmətinin məlumatı
24.06.2018
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
24.06.2018
Azərbaycan prezidenti: “Azərbaycan və Rusiya arasında konstruktiv münasibətlər mövcuddur“
24.06.2018
“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəlib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info