Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
Tarix: 11.12.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə Prezidentin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, o cümlədən konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, Avropa Məhkəməsinin hakimləri dəvət edilməklə Ədliyyə Akademiyasında ayrıca təlimlər, distant treninqlər keçirilir, Məhkəmənin qərarlarının hakimlər tərəfindən öyrənilməsi təşkil edilir. Həmçinin hakimlərimizin bilavasitə Avropa Məhkəməsində təcrübə keçmələrinin əhəmiyyəti nəzərə alınaraq çoxsaylı hakimlər Strasburqda tədris səfərlərində olurlar. Ötən ilin dekabrında ölkəmizin ədliyyə naziri Fikrət Məmmədovun Avropa Məhkəməsinin sədri Quido Raymondi ilə Strasburqda görüşündə bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, faydalı danışıqlar aparılıb. Ədliyyə Akademiyasından bildiriblər ki, əldə olunmuş razılığa əsasən hazırda Akademiyada tədris kursu keçən bütün 126 nəfər hakimliyə namizədin ilk dəfə olaraq Avropa Məhkəməsində təlim keçmələri təşkil edilib. Avropa Şurası İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobov, Avropa Məhkəməsinin hakimi və digər təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən həmin təlimlər bu günlərdə başa çatıb. Təlimlər zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedentləri, şikayətlərin qəbuledilmə kriteriyaları və s. aktual mövzular tədris olunub, Məhkəmənin hakimləri ilə görüşlər keçirilərək təcrübədən irəli gələn məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, qaldırılan suallara aydınlıq gətirilib. Hakimliyə namizədlər, həmçinin Avropa Məhkəməsinin fəaliyyəti və iş şəraiti, o cümlədən palatalar, iclas salonları ilə tanış olub, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan üzrə hakimi Lətif Hüseynovun “Konvensiyanın sisteminə giriş” mövzusunda mühazirəsini dinləyiblər. Qeyd edək ki, bundan əvvəl bütün hakimliyə namizədlər Türkiyə Ədliyyə Akademiyasında iki həftəlik tədris səfərlərində olaraq təcrübə keçib, qardaş ölkənin məhkəmə-hüquq sistemi ilə tanış olublar. İki ölkənin Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq nəticəsində baş tutmuş həmin səfər Türkiyənin qabaqcıl kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
17.01.2018
Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir
17.01.2018
Prezident “Azərişıq”ın bir neçə obyektinin açılışını edib
17.01.2018
Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini təqdim edib
17.01.2018
Azərbaycan və Fransanın xarici işlər nazirlərinin görüşü olub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info