FED-in iclası fonunda dollar ucuzlaşır
Tarix: 12.12.2017 | Saat: 12:29:00 | E-mail | Çapa göndər
Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) ikigünlük iclası fonunda dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır.

"APA-Economics" xəbər verir ki, hazırda 1 avro 1,7773 dollaradək bahalaşıb. Ötən ticarət sessiyasının sonunda Avrozonanın vahid valyutasının məzənnəsi 1,1769 dollar təşkil edib.

Dolların Yaponiya yeninə nisbətən məzənnəsi 113,48 yenədək zəifləyib. Bundan öncəki ticarət sessiyasının sonunda bu göstərici 113,56 yen olub.
 
Bununla yanaşı, dolların indeksi (ABŞ valyutasının 6 əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi) 0,06% möhkəmlənərək 93,93 bəndə çatıb.

Treyderlərin diqqəti FED-in sabah başa çatacaq ikigünlük iclasına yönəlib. Gözlənildiyi kimi, bundan öncə baş tutan iclasda tənzimləyici uçot dərəcəsini dəyişməyərək illik 1-1,25% səviyyəsində saxlayıb. İnvestorlar isə uçot dərəcəsinin artırılmasını gözləyir. "CME Group" hesab edir ki, uçot dərəcəsi 1,25-1,5% qədər artırılacaq.
 
İnvestorlar hesab edir ki, FED rəhbəri sabah yekunlaşacaq iclasın ardından baş tutacaq ənənəvi mətbuat konfransında mülayim tonda çıxış edərsə, dollar təzyiq altına düşə bilər.

Qeyd edək ki, dekabrın 14-də İngiltərə Bankının və Avropa Mərkəzi Bankının da iclası keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Azərbaycan bu il bal ixracını artıracaq
17.01.2018
İstiqraz sahiblərinin qazancı ötən il 5 milyon dollara çatıb
17.01.2018
Mobil operatorlar 856 mln. manatdan çox gəlir əldə edib
17.01.2018
Azərbaycan əhalisinin sayı 9 890 712 nəfərə çatıb
17.01.2018
BNA Sakit Qocayev küçəsi ilə bağlı təklif layihəsi hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info