Moskvada Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım tədbiri keçirilib
Tarix: 12.12.2017 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.  Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım mərasimində Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Dövlət Dumasının və Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri və media nümayəndələri iştirak ediblər.
 
Tədbir iştirakçıları Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin önünə əklil və gül dəstələri qoyublar.
 
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün Azərbaycan xalqı üçün ağrılı bir gün olduğunu bildirib: "Uzun illərdir ki, biz bu zalda dahi liderimizin, müasir Azərbaycanımızın memarı Heydər Əliyevin anım mərasimini keçiririk. Tədbirin keçirildiyi bu zal bu baxımdan çox nadirdir. Çünki Heydər Əliyev özü bu zalda olub. Azərbaycan xalqının ən ağır günündə, 1990-cı ilin 21 yanvarında Heydər Əliyev bu binaya gəlib. Bu gün burda onun məsləkdaşları iştirak edirlər. Bu insanlar Moskvada Heydər Əliyevlə birgə çalışıblar".
 
Diplomat Heydər Əliyevin prezidentliyi dövrdə mədəniyyət naziri olduğu vaxtlardan danışıb: "Heydər Əliyevin prezidentliyi dövründə mədəniyyət naziri olmuşam. Ən çətin vaxtlarda Heydər Əliyevlə birgə işləməyin özü böyük bir məktəbdir". Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən danışan səfir vurğulayıb ki, dahi liderin bu münasibətlərin inkişafında əvəzsiz rolu var: "Heydər Əliyev həyatdan köçəndən sonra da öz xalqının və Azərbaycan-Rusiya münasibətlərinin inkişafının rifahına işləməkdə davam edir".
 
Anım mərasimi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın üç cildlik "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Moskvada nəşr olunan üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks olunub. Mərasimdə çıxış edən Elmira Axundova kitabın nəşrində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra müəllif kitabda yazdıqları haqqında danışıb: "İlk kitabda Heydər Əliyevin həyat yolunun başlanğıcından, onun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, Azərbaycan SSR-nın rəhbəri seçilməsindən, ikinci kitabda Heydər Əliyevin SSRİ-nin baş katibləri, Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçovla münasibətlərindən, üçüncü kitabda isə Heydər Əliyevin Naxçıvana qayıtmasından, xalqın əzmli tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə  gəlməsindən, vətəndaş müharibəsinin qarşısını almasından, ölkənin uçurumdan xilas olmasından bəhs olunur". 
 
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxışında Rusiya xalqının Heydər Əliyevi hər zaman böyük hörmətlə xatırladığını qeyd edib: "Bu gün çiçəklənən Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək olmaz. Heydər Əliyevsiz Azərbaycan dövlət kimi təşəkkül tapmazdı. Bu gün o, səmadan öz oğluna, xalqına, dövlətinə baxır və qürur duyur. Ona görə ki, bu gün Azərbaycan çox irəli gedib. Bu ölkə rəsmi siyasətdə, iqtisadiyyatda, digər ölkələrlə əməkdaşlıqda, o cümlədən Rusiya ilə əlaqələrin inkişafında əminliklə addımlayır. Rusiya ilə əməkdaşlıq isə Azərbaycanın siyasətində xüsusi yer tutur". Rusiyalı deputat təqdimatı keçirilən kitablar haqqında danışıb: "Bu kitabların üzlüyündəki şəkilə baxırsan, sanki üzlükdəki fərqli adamlardır, gözlər isə eynidir. Bu üçcildlik əsararəngiz şəxsiyyət haqqında indiyənə kimi yazılan bütün kitabları üstələyir. Bu kitablarda Heydər Əliyevin şəxsiyyəti dərindən təhlil olunub".
 
Daha sonra çıxış edən natiqlər Heydər Əliyevin şəxsiyyətindən, Azərbaycan tarixində, Rusiya-Azərbaycan əlaqələrində oynadığı roldan danışıblar. 
NIgar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Putin Paşinyanı alçaldıb
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info