Nəsimi rayonunda ulu öndər Heydər Əliyev anılıb
Tarix: 12.12.2017 | Saat: 13:04:00 | E-mail | Çapa göndər
Hər il olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, təşkilatlarında, ali və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar  və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyətinin,  qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Öncə tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin İzmit Bələdiyyəsi ilə birgə təşkil etdiyi sərgiyə baxıblar. Qeyd edək ki, sərgidə əsasən ümummilli lider Heydər Əliyevin 17 avqust 1999-cu ildə gəldiyi zəlzələ bölgəsi Kocaelidə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəllə birlikdə çəkilən fotoşəkilləri düzənlənib. Bu şəkillər 18 il əvvəl bu ağrılı gündə reallaşan görüşdə Heydər Əliyev ilə Süleyman Dəmirəlin jurnalist Mustafa Bağdiken tərəfindən çəkilib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündarın təşəbbüsü ilə bu şəkillər Bakıda sərgilənib.
Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləmiş, ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Natiq qeyd etmişdir ki,  Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir. 
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.
Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.  Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.
Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı olmasını təzahür etdirir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır.
Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.
Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Milli Məclisin deputatları Madər Musayev, Kamran Nəbizadə, Sevinc Hüseynova,Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Kamilə Əliyeva, Azər Badamov, Vahid Əhmədov, Çingiz Qənizadə, Elman Nəsirov, Ülvi Quliyev, Mahir Aslanov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edirdilər.
Tədbirdə tanınmış incəsənət xadimləri -  Niyazi adına Simfonik orkestr, Xalq artistləri  Mənsum İbrahimov, Alim Qasımov,  Azər Zeynalov, Əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı, Azərbaycan Televiziyası Radiosunun solistləri  Ayşən Mehtiyeva, Aynur İsgəndərli, Mustafa Aşurov  çıxışlar etmişlər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı
17.01.2018
Qəbul imtahanlarının vaxtı açıqlandı
17.01.2018
ƏƏSMN və BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
17.01.2018
Daxili Qoşunların müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri var
17.01.2018
Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info