“Azərbaycandakı tolerant mühitə Heydər Əliyevin xidmətləri sayəsində nail olunub”
Tarix: 12.12.2017 | Saat: 13:04:00 | E-mail | Çapa göndər
Qubada yaşayan dağ yəhudiləri dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin əziz xatirəsini qəlblərində yaşadır, onu daim ehtiramla anırlar. Dahi rəhbərin şəhərdə ucalan abidəsi hər il olduğu kimi, bu il də - Ulu Öndərin vəfatının 14-cü ildönümündə ziyarət məkanına çevrilib. Abidə önünə gül-çiçək qoyaraq, Ümummilli Liderə ehtiramlarını bildirən insanlar arasında dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbin direktoru Yavuşva Simanduyev də var.
Dağ yəhudilərinin uzun illərdir Qırmızı qəsəbədə azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirən Yavuşva Simanduyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Sovet dövründə məscidlər, kilsələr kimi sinaqoqlar bağlanmışdı. Həmin vaxt dindarlar, ravvinlər repressiya qurbanı olurdular. Amma Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün respublikada olduğu kimi, Qırmızı qəsəbədə də dirçəliş dövrü başlandı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün dini icmaların əmlakları özlərinə qaytarıldı, sinaqoqlarımız təmir edildi. Beləliklə, yenidən müqəddəs ocaqlarımızda dini ayinlərimizi sərbəst şəkildə yerinə yetirməyə başladıq”.
Yavuşva Simanduyev bu münasibətin Azərbaycandakı tolerant mühit nəticəsində yarandığını söyləyib. “Bu, dövlətimizin, Prezidentimizin apardığı siyasətin nəticəsidir. Bu siyasətin əsasını Ulu Öndərimiz qoyub. Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Məktəbimizdə azərbaycanlılar, yəhudilər, ləzgilər, xınalıqlılar, ruslar və başqa xalqların nümayəndələri birlikdə elm öyrənirlər. 250-dən çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Buradakı ibtidai siniflərdə ivrit dili dərsləri tədris olunur. Təhsil müəssisəsində ivrit dili kabineti də fəaliyyət göstərir. Şagirdlər dərnəklərdə yəhudi xalqının adət-ənənələri, milli mətbəxi və başqa dəyərləri barədə məlumatlandırılırlar. Bu, Azərbaycandakı tolerant mühitin göstəricisidir”, - deyə Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbin direktoru vurğulayıb.
O bildirib ki, xaricdən qəsəbəyə gələn qonaqlar sinaqoqları, məktəbi ziyarət edir, buradakı tolerantlıqdan razılıqla danışır, gördükləri mənzərədən heyrətlərini gizlətmirlər. Hansı ki, bu mənzərəyə başqa ölkələrdə nadir hallarda rast gəlinir. Bütün bunlara isə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində nail olunub.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı
17.01.2018
Qəbul imtahanlarının vaxtı açıqlandı
17.01.2018
ƏƏSMN və BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
17.01.2018
Daxili Qoşunların müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri var
17.01.2018
Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info