BANM-də Heydər Əliyevin xatirəsi anılıb
Tarix: 12.12.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider, müasir Azərbaycanın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Ulu öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
BANM-dən bildirilib ki, tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Ümummilli Liderin müdrik siyasətindən, Vətən və dövlət qarşısındakı xidmətlərindən və dahi şəxsiyyətin xeyirxah əməllərindən söz açıb.
Ali məktəbin ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Ulu öndərin siyasi fəaliyyəti və quruculuq işlərindən danışıb.
Tələbələr Heydər Əliyevin həyat və yaradıcılığı barədə təqdimatla çıxış ediblər.
BANM-in beşinci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev Ulu öndərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətləri, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasəti və bu siyasətinin nəticələri barədə danışıblar. Qeyd olunub ki, ümummilli liderin həyata keçirdiyi müstəqillik, yaradıcılıq, quruculuq ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info