Yeni 3D-çap üsulu hazırlanıb
Tarix: 12.12.2017 | Saat: 14:14:00 | E-mail | Çapa göndər
Amerikalı tədqiqatçılar yeni 3D-çap texnologiyası yaradıblar. Onun köməyilə bir neçə saniyə ərzində üçölçülü obyektləri çap etmək mümkündür. Bu proses holoqrafik lazerlərdən istifadə etməklə başa gəlir.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, “həcmli 3D-çap” adlandırılan üsul bu vaxtadək müvafiq sahədə mövcud olan məhdudiyyətlərdən bəzilərini aradan qaldırmağa imkan verib. Standart 3D-çap obyektlərin qatlarını lazer və ya elektron şüa ilə yapışdırır. Bu zaman bu və ya digər predmetlərin istehsalına çox vaxt sərf olunur. Yeni 3D-çap üsulu qatlardan istifadədən imtina olunmasını təklif edir. Mütəxəssislər görünüşcə holoqramları xatırladan üç lazer şüasını tətbiq edirlər. Onlar birlikdə xüsusi şəffaf rezervuarda plastik qatranı vulkanizasiya edir. Bu üsul istehsal prosesini sürətləndirməklə mütəxəssislərin əsas problemini həll edir.
Laboratoriyanın işçisi Maksim Şustefin sözlərinə görə, alimlərin məqsədi predmetlərin hissələrini birləşdirmək əvəzinə bütöv 3D-fiqurlar çap etməyin mümkün olub-olmamasını aydınlaşdırmaq idi. Yeni texnologiyanı kosmik aparatlarda da istifadə etmək mümkün olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Duz bağırsaq florasını məhv edir
18.01.2018
Si Tszinpinin hədiyyə etdiyi pandalar Finlandiyaya gətirilib
18.01.2018
Robot sərgisində 200-dən çox şirkət iştirak edir
18.01.2018
Qarajdan düzəldilən komfortlu ev
17.01.2018
“WhatsApp” şübhəli mesajları qadağan edəcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info