RAGB-nin komandasından Rusiyada uğur
Tarix: 12.12.2017 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) komandası Ümumrusiya Millətlərarası Gənclər İttifaqı kuboku uğrunda minifutbol turnirinin çempionu olub.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, Moskva hökumətinin dəstəyi ilə təşkil olunan 7-ci millətlərarası turnir Rusiya paytaxtında keçirilib. Yarışlara müxtəlif etnik qrupları təmsil edən 16 komanda qatılıb. RAGB-nin komandası bu yarışlarda ikinci dəfə iştirak edib.
Emin Hacıyev qeyd edib ki, RAGB-nin sədri Leyla Əliyeva regional və ümumrusiya səviyyəsində keçirilən maarifləndirmə, yaradıcılıq və idman tədbirlərində Azərbaycan gənclərini fəal dəstəkləyir. Ayrı-ayrı tədbirlərdə birgə iştirak müxtəlif xalqların gənclərini yaxınlaşdırır və onların çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına yardım edir.
RAGB-nin komandası baxımlı və gözəl futbol nümayiş etdirib, bütün oyunları qələbə ilə başa vurublar. Ən yaxşı qapıçı kuboku RAGB komandasının qolkiperi Oruc Babazadəyə təqdim edilib. Komandamızın üzvü Anton Karpov yarışların ən yaxşı oyunçusu və bombardiri olub. Komandanın hər bir üzvü qələbəyə özünəməxsus töhfə verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
“Rusiya 2018”: İspaniya İranı çətinliklə məğlub etdi
20.06.2018
Futbol üzrə Misir yığmasının baş məşqçisi istefaya göndərilə bilər
20.06.2018
“DÇ 2018”: Misir qrupdan çıxma şansını itirib, Rusiya səkkizdəbir finala yüksəlib
19.06.2018
“Rusiya 2018”: Polşa-Seneqal 1-2
19.06.2018
“Rusiya 2018”: Yaponiya-Kolumbiya 2-1

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Putin Paşinyanı alçaldıb
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info