Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
Tarix: 12.12.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər
Dekabrın 12-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. 
Tədbiri giriş sözü ilə açan liseyin müdiri Hüseyn Dəmirəl Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib. Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən liseyin müdiri ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın gündən-günə gücləndiyini, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb.
Çıxışında "Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib" deyən natiq həmçinin Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan da bəhs edib.
Hüseyn Dəmirəl ümummilli lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elm və təhsilə daim böyük diqqət yetirdiyini də söyləyib.
Sonra liseyin müəllimi Təranə Həsənzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyət, Onun müdrik və uzaqgörən siyasəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlar barədə danışıb. Təranə Həsənzadə Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdığını deyib.
Anım tədbirində liseyin şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
 Məktəblilərə zəruri biliklər verilib
18.01.2018
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2018
“20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub”
18.01.2018
MEK və Ombudsman Aparatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb
17.01.2018
Vikipediyada AXC Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info