Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib
Tarix: 12.12.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər
"Müasir Azərbaycan Gənclər" İctimai Birliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirib. Bakı və Sumqayıtın müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələri, eləcə də özəl şirkətlər və dövlət qurumlarında işləyən gəncləri ətrafında cəmləyən ictimai birlik ümumilli liderin anım günü ilə əlaqədar ilk öncə I Fəxri Xiyabana yollanaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarları önünə güllər düzüb. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər vətən üçün canından keçən oğul və qızlarımızı yad edib, onların keçdiyi döyüş yollarını bir daha xatırlayıb. Anım günü Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xeyriyyə məqsədli qanvermə aksiyası ilə davam etdirilib. Ümumilikdə qanvermə aksiyasında "Müasir Azərbaycan Gənclər" İctimai Birliyinin 50-yə yaxın üzvü iştirak edib. İctimai birliyin sədri Orxan Fəxrəddinovun sözlərinə görə, bu tədbir yeni yaranan ictimai birliyin ilk işi olsa da qarşıda gəncləri daha böyük layihələr, tədbirlər gözləyir. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə dəstəyinin danılmaz olduğunu qeyd edən Orxan Fəxrəddinov gənclər siyasətinin cənab prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini, gənclərin də bu dəstəyi hiss edib məsuliyyətlərini dərk etdiyini və bu məqsədlə “Müasir Azərbaycan Gənclər” İctimai Birliyinin ətrafında birləşdiklərini qeyd edib. Onun sözlərinə görə, ictimai birliyin əsas məqsədi Azərbaycançılıq ideologiyasının təbliği, sərhədlərimizin hüdudları çərçivəsində, eləcə də ölkəmizin hüdudları xaricində gənclərimizin intellektual və fərdi inkişafını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər ilə ölkəmizdə yaşayan gənclərin şəbəkələşməsini, daha sıx əməkdaşlığını təmin etmək, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin düzgün istiqamətlənməsini təmin etməkdir. MAG İB ilə gənclər yerli və beynəlxalq layihələrdə iştirak edəcək, son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai proseslərdə iştirak edə biləcək, dövlətin gənclər siyasətindən irəli gələn real imkanları dəyərləndirəcək, asudə vaxtlarını səmərəli keçirəcək, əylənərək öyrəndiklərini həmyaşıdları ilə paylaşmaq imkanı qazanacaqlar. Elə bu günkü tədbir ilə də talassemiya, leykemiya, QİÇS və s. qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara donor olaraq dəstək olublar.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Vikipediyada AXC Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub
17.01.2018
Cəfər Cəfərov: “Ali məktəblərdə səmərəli fənn proqramlarına ehtiyac var”
17.01.2018
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib
17.01.2018
BMT-nin baş katibi: “Münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”
17.01.2018
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info