“Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Tarix: 12.12.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun miras qoyduğu azadlıq və yenidən qurduğu Azərbaycan Respublikası bizimlədir. Bu günki Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır. Ümumilli liderin yoxluğundan bizi 14 illik zaman ayırsa da, onun siyasi kursunu layiqincə davam etdirən azərbaycanlı gənclər, Heydər Əliyevi böyük məhəbbət və iftixarla anırlar.
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov açıqlamasında bildirib ki, Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb: " Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Ölməz, əbədi yaşar Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Ulu öndər Heydər Əliyev bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu. Respublikada ictimai-siyasi sabitliyi təmin etdi. Vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu yaratdı, xalq birliyi yarandı. Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti onu göstərir ki, o başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Bu gün ölkəmiz bu siaysətin uğurlarını hiss edir. Onunla yaşayır və faydalanır. Bu siaysətin icraçısı Ulu öndərimizin layiqli siaysi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Heydər Əliyev xətti ilə irəliləyir. Ulu öndərimiz Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər həyatımıza o qədər nüfuz edib ki, bu gün Azərbaycan deyəndə Ümummilli liderimiz, - Heydər Əliyev deyəndə isə Azərbaycan başa düşülür. Heydər Əliyev dahi siaysətçi, uzaqgörən, müdrik dövlət xadimi olmaqla yanaşı, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, öz xalqını vətənini əsl övlad məhəbbəti ilə sevən, şüurlu həyatını, xalqının, yurdunun yolunda əridən bir insan kimi xatirələrdə yaşayır və yaşayacaqdır".




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info