Göz həkimləri niyə eynək taxır?
Tarix: 12.12.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Gözdəki zəifliyi aradan qaldırmaq üçün son illər lazerlə əməliyyat ən uğurlu addım hesab edilir. Lakin bu cür əməliyyatlara münasibət birmənalı deyil. Bəzi xəstələr düşünür ki, əgər lazerlə əməliyyat bu qədər uğurludursa, nə üçün göz həkimləri eynək taxır?
Milli.Az xəbər verir ki, xəstələri maraqlandıran bu suala türkiyəli oftomoloq Mehmet Gülməz aydınlıq gətirib. Həkim əvvəlcə lazerlə əməliyyatın üstünlüklərindən danışıb:
"Linza və ya eynək istifadə etmək istəməyənlər üçün lazerlə göz müalicəsi rahat üsuldur. Çünki bu əməliyyatdan sonra qısa zamanda eynəkdən xilas olursunuz və qısa müddətdə aktiv həyata başlaya bilirsiniz".
"Lazer həqiqətən etibarlı bir müalicədirsə, nə üçün həkimlər eynək istifadə edir?" sualına cavabında həkim bildirib ki, lazer miopiya, hipermetropiya və astiqmatizmin müalicəsi üçün həyata keçirilən refraktiv cərrahiyyədə bütün dünyada istifadə edilən ən ümumi metoddur.
"Bu ən uğurlu üsul olsa da, hər kəsə tətbiq edilmir. Yəni lazerlə əməliyyat olmaq istəyirəm deyə həkimə müraciət edən hər kəsi əməliyyat etmirik. Bunun üçün xəstələrin 18 yaşı tamam olmalı, eynək və ya liza istifadə etmələri mütləqdir. Həmçinin gözdəki zəiflik dərəcəsi son bir ildə çox inkişaf etməməli, kornea qalınlığı yetərli olmalı, diabet, revmatizm, həmçinin gözündə başqa bir xəstəliyi olmaması əməliyyat qərarı üçün vacib şərtlərdəndir. Xəstəxanalarda oftomoloq və digər sahə həkimlərinin eynək istifadə etməsinin səbəbi onların lazerlə əməliyyat güvənməməsi deyil. Sadalağımız səbəblərdən biri ilə və ya ümumiyyətlə əməliyyata uyğun olmaması ilə bağlıdır", - deyə həkim əlavə edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info