“Görkəmli dövlət xadimi Heydər Əliyev Vyetnama böyük diqqət göstərib”
Tarix: 12.12.2017 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyində ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmilərinin, Azərbaycanın təhsil ocaqlarının vyetnamlı məzunlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Anar İmanov xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti barədə geniş məlumat verərək, dünya səviyyəli şəxsiyyətin müstəqil Azərbaycanın yenidən qurulub gücləndirilməsindəki əvəzsiz rolundan danışıb. Səfir ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sabitliyin bərqərar edildiyini, bütün istiqamətlər üzrə sürətli inkişafın, o cümlədən neft strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını bildirib. Diplomat bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Görkəmli dövlət xadiminin həm Azərbaycanın, həm də Sovet İttifaqının rəhbərliyində olarkən Vyetnama yardım göstərilməsi istiqamətində böyük işlər gördüyünü bildirən səfir A.İmanov Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama rəsmi səfərinin Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin qurulması və əməkdaşlığın gücləndirilməsində əvəzsiz rol oynadığını deyib.
Vyetnam Milli Assambleyasının deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının sədri Nqiem Vu Xay ümummilli lider Heydər Əliyevin Vyetnam xalqı və hökumətinə, o cümlədən tələbələrinə göstərdiyi böyük diqqətə görə dərin təşəkkürünü bildirib. Nqiem Vu Xay bu diqqəti yüksək qiymətləndirərək, Azərbaycan hökumətinin yardımının və xalqımızın qonaqpərvərliyinin yaddaşlardan heç zaman silinməyəcəyini deyib.
Vyetnam-Azərbaycan Dostluq Təşkilatının sədri bəzi vyetnamlı tələbələrə diplomları şəxsən Heydər Əliyevin təqdim etdiyini yada salaraq, bu faktın Ulu Öndərin vyetnamlılara bəslədiyi xoş münasibətin bariz təzahürü olduğunu bildirib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin mayında Bakıda ilk Azərbaycan-Vyetnam Dostluq Forumunun keçirilməsinin məhz Heydər Əliyev siyasətinin davamı olduğunu söyləyib.
Tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi ilə tanış olublar. Səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan “Heydər Əliyev” kitabı iştirakçılara təqdim olunub. Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
Ermənistan atəşkəs rejimini 21 dəfə pozub
15.12.2018
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar
14.12.2018
Prezident İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
14.12.2018
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib
14.12.2018
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info