Ermənistanın dövlət borcu 6 milyard 404 milyonu ötüb
Tarix: 12.12.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Joxovurd” qəzeti: “Ölkənin dövlət borcu yalnız bu ilin noyabr ayında 108 milyon dollar artıb”

Bu, dünyada qəbul edilmiş bir prosesdir ki, əgər, hər hansı bir ölkəyə xarici investisiya yatırılırsa, burada iqtisadi qanunlara uygun tərs proses getməlidir. Yəni, pul hərəkət etməlidir . Lakin bunu bəzi ölkələrə, o cümlədən Ermənistan kimi ianələr hesabına yaşayan ölkələrə şamil etmək mümkün deyil. Çünki iqtisadi perespektivi olmayan bir ölkəyə heç bir ağıllı iş adamı sərmayə yatırmır. Təbii ki, bir müddət bunda əvvəl Ermənistanın Mərkəzi Bankının ölkədən kapital axınının sürətlə artdığı barədə bəyan etdiyi açıqlama da işğalçı ölkədə real vəziyyətin necə olduğunu ortaya qiyur. Erməni oliqraxların öz sərmayələrini xarici ölkə banklarına köçürməyi də onların ölkələrinin gələcəyinə inamsızlığından irəli gəlir. Ermənistanın isə dövlət kimi xarici borcu hər ay artır. Belə ki, ölkənin dövlət borcu yalnız bu ilin noyabr ayında 108 milyon dollar artaraq 6 milyard 404 milyon 700 dollar təşkil edib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti Maliyyə Nazirliyindən əldə etdiyi məlumata istinad edərək məlumat yayıb. Nəşrin məlumatına görə, ölkənin 5 milyard 115 milyon dollar olan xarici dövlət borcuna təkcə noyabr ayında 62 milyon 700 min dollar əlavə edilb. Xatırladaq ki, hazırda Ermənistanın daxili borcu 1 milyard 289 milyon dollardır. Bu məbləğin 45 milyon 400 mini noyabr ayı dövründə satışa çıxarılan dövlət istiqrazları səbəbiylə meydana gəlib. Yeri gəlmişkən, ötən şənbə Ermənistan prezidenti Serj Sərkisyan 2040-cı ildə ölkə əhalisinin adambaşına düşən ÜDM-in 10 min dollar olacağı ilə bağlı vəd verib. Başqa sözlə, 2040-cı ildə hər erməni vətəndaşı illik olaraq orta hesabla 10 min dollar qazanacaq! “Joxovurd” qəzeti ironiya ilə yazır ki, əslində, Sərkisyanın özünün belə inanmadığı vədi vaxtından əvvəl- xalqın qanı hesabına əldə edilən vəsait hesabına da yerinə yetirmək mümkündür. Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına inansaq, bu gün ölkədə daimi qeydiyyatda olanların sayı 2 milyon 979 min 600 nəfər təşkil edir. Deməli, ölkənin hər bir sakininin özünü bilmədən artıq 2 min 150 dollar borcu var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info