“Rəşad məşqçi kimi tam formalaşıb”
Tarix: 13.12.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov milli komanda və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun 21 yaşadək futbolçulardan ibarət yığmamıza baş məşqçi təyin olunmasına münasibət bildirib. O, Qol.az-a açıqlamasında R.Sadıqovun Azərbaycan futboluna yeni nəfəs gətirəcəyinə inandığını söyləyib. “Təyinat hələ rəsmiləşmədiyindən, bu haqda ətraflı danışmaq istəmirəm. Sadəcə onu deyim ki, mən şəxsən müsbət baxıram. Rəşad “Qarabağ”ın gənclər komandasının da baş məşqçisidir. Düşünürəm ki, o artıq məşqçi kimi tam formalaşıb. Onun təyinatı Azərbaycan futboluna yeni nəfəs, yeni sima gətirəcək. Bu isə öz növbəsində uğurlu nəticələr qazanmağa imkan verəcək. İnanıram ki, Rəşad öz işiylə hər birimizi sevindirəcək”. V. Sadıqov Rəşadın U-21 yığmasına gətirilməsinin Qurban Qurbanovun şəxsi təşəbbüsü olduğunu bildirib: “Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunduğu gün bildirilmişdi ki, yığmalar vahid mərkəzdən idarə olunacaq. Bu təyinat da Qurban müəllimin şəxsi təşəbbüsü ilə gerçəkləşir. Məşqçilər Komitəsi olaraq bizim işimiz gənc mütəxəssislərə dəstək olmaqdır. Hər bir halda onların yanında olacağıq”. Qeyd edək ki, Rəşad Sadıqov U-21 yığmasının baş məşqçi təyin olunub. U-19, U-17 və yeni yaradılacaq U-18 millilərinin baş məşqçiləri də müəyyənləşib.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info