Minlərlə insan Fəxri xiyabana axışıb
Tarix: 12.12.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
Ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gedərək, Ümummilli Liderin məzarı önündə baş əyiblər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramını parlaq təcəssüm etdirir. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti tükənməz və əbədidir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında hərbçilər, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, müxtəlif peşə sahibləri, tələbələr, şagirdlər, bir sözlə, hər yaşda olan insanlar olub. Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün Ulu Öndərin xatirəsi əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu ötən 14 il ərzində bir an belə unutmayıb. Bu gün təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir. Gün ərzində insanların Fəxri xiyabana axını davam edib. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Çünki Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, dünyada söz və nüfuz sahibinə çevrilir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz yeni–yeni qələbələrə imza atır, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır. Fəxri xiyabanda yaşanan bu izdiham göstərir ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzün deyil, gələcəyimizin də qarantıdır.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Vikipediyada AXC Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub
17.01.2018
Cəfər Cəfərov: “Ali məktəblərdə səmərəli fənn proqramlarına ehtiyac var”
17.01.2018
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib
17.01.2018
BMT-nin baş katibi: “Münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”
17.01.2018
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info