Bələdiyyə nümayəndələri üçün təlim təşkil edilib
Tarix: 13.12.2017 | Saat: 12:26:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə İmişlidə rayon üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün təlim keçirilib.
İmişli regional ədliyyə idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ədliyyə Akademiyasının əməkdaşlarının da qatıldıqları təlimdə iştirakçılar ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təlimdə çıxış edən idarə rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Hakim Məmmədov və Ədliyyə Akademiyasının əməkdaşları Mətanət Əsgərova, Qabil Məmmədov, Samir Nuriyev “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, “Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib
23.06.2018
Namiq Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır ”
23.06.2018
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib (Yenilənib)
22.06.2018
“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
22.06.2018
Bilik Fondu Folklor İnstitutunda

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info