Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcək
Tarix: 13.12.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Akademik məzuniyyətdən qayıdan tələbənin öz  ixtisası üzrə ali məktəbdə kadr hazırlığı aparılmırsa, Təhsil Nazirliyinin razılığı əsasında digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər

Azərbaycanda tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcəyi açıqlanıb.
Bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.
 Qaydaya əsasən tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
 - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;
- ailə vəziyyətinə görə - 2 il müddətinədək;
- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;
- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz  ixtisası üzrə kadr hazırlığı aparılmadıqda, Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə, digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2018
“Milli-mənəvi dəyərlərimizin öyrənilməsində oxu mədəniyyətinin rolu“
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info