“AtaBank” “Uğur-2017“ Milli mükafatına layiq görülüb
Tarix: 13.12.2017 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


“AtaBank” "Uğur-2017" Milli mükafatına layiq görülüb. Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə "Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" Milli mükafatının təqdimetmə mərasimini keçirib. 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb. Mərasimdə çıxış edən bankın İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: “Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın inkişafında “AtaBank”ın da rolunun olması bizi sevindirir.
“AtaBank” artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik bankımız bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!”.
Xatırladaq ki, “Uğur” mükafatı “AtaBank”-a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank “Etimad Bankı”, 2010-cu ildə isə “Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə” nominasiyalarında bu mükafata layiq görülmüşdür.
Mükafatın təqdim edilməsi münasibətilə Etibar Babaşlı qeyd edib ki, AtaBank gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info