Nazir: “Statoil“ hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq“
Tarix: 13.12.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, F.Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində "Statoil" şirkəti ilə Energetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. "Statoil" şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. "Statoil" şirkətinin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.
P.Şahbazov müstəqilliyin ilk illərindən "Statoil" şirkətinin Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr "Statoil" şirkətinin hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcək. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Yanvar-may aylarında dəmir yolu ilə 1 milyondan çox sərnişin daşınıb
20.06.2018
“Gunes.com”: “TANAP yeni bihnes imkanları yaratdı”
20.06.2018
“Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır”
20.06.2018
Göyçayın Cəyirli-Alpoud yolu təmir edilir
20.06.2018
Çoxmənzilli yaşayış binasının icazəsiz tikintisinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Putin Paşinyanı alçaldıb
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info