Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub
Tarix: 13.12.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər
Səlim Müslümov: “Hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.
Tədbir zamanı nazir Prezident İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: “Hazırda «Sosial xidmət haqqında» Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər”.
S.Müslümov qeyd edib ki, hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirilir: “2013-cü ildə 30 belə layihə icra olunubsa, cari ildə onların sayı 70-i ötüb.
Nazir diqqətə çatdırıb ki, məişət zorakılığından zərər çəkənlərə də qeyri-dövlət yardım mərkəzləri tərəfindən ehtiyac duyduqları xidmətlər göstərilir, habelə onların sığınacaqla təminatı həyata keçirilir: “Həmin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq Komissiya tərəfindən həyata keçirilir. Bu Komissiya əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir. Akkreditasiya olunmaq üçün Komissiyaya müraciət edən təşkilatların müvafiq sahədə təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmalarına xüsusi diqqət yetirilir və bu meyarlara cavab verənlərin akkreditasiyası təmin edilir. Onlar məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər”.
S.Müslümov “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin də 2013-cü ildə akkreditasiyasının həyata keçirildiyini və hazırda öz fəaliyyət sahəsində müsbət iş təcrübəsi ilə seçildiyini bildirib: “Son illərdə həmçinin bu təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında sosial xidmət layihəsi də icra edib və məişət zorakılığından zərər çəkən uşaqlara həmin layihə çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlər göstərib”.
Tədbir zamanı “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq müəssisələrlə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi də qeyd olunub.
İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi, tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.
Tədbirdə İctimai Birlik tərəfindən məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib, bir sıra tövsiyələr verilib. Eyni zamanda bu sahədə işin səmərəliliyinin artırılması üçün dövlət tərəfindən belə sığınacaqların açılmasının, qeyri-hökumət təşkilatlarının isə daha çox ilkin müraciətləri qəbul edərək, müvafiq şəxslərin həmin sığınacaqlara yönləndirilməsi funksiyalarını yerınə yetirməsinin məqsədəuyğunluğu barədə təkliflər səsləndirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı
17.01.2018
Qəbul imtahanlarının vaxtı açıqlandı
17.01.2018
ƏƏSMN və BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
17.01.2018
Daxili Qoşunların müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri var
17.01.2018
Qəbiristanlıqda gizlədilmiş silah tapılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info