Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək
Tarix: 13.12.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər
Dekabrın 19-da Azərbaycanda ilk dəfə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçiriləcək festival əsl bayrama çevriləcək.
Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəran düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək.
Lənkəranın sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan ibarət “çay dəstgahı” açılacaq.
Tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların “Haşimi”, “Sədri”, “Campo” kimi yüksək keyfiyyətli yerli düyülərdən bişirəcəkləri 50 növdən çox plov, eyni zamanda, ləvəngidən hazırlanan xörəklər və kabablar təqdim ediləcək.
Bədii özfəaliyyət kollektivləri rəngarəng kompozisiyalarla çıxış edəcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş olunacaq.
Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Səbaildə ərazi nümayəndəliyi hesabat verib
18.01.2018
Naxçıvanda daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulub
17.01.2018
Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib
17.01.2018
Naxçıvan məhsulları satışa çıxarılır
17.01.2018
Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info