Antidepressantların təhlükəsi
Tarix: 13.12.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər
Zəhərlənməyə səbəb olan dərmanlar sırasında ilk yeri tutur

“Əsəbsakitləşdirici, antidepressant dərmanları uzun müddət qəbul etdikdə insan orqanizmində onlara öyrəşmə baş verir”.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirib.
Onun sözlərinə görə, əsəbsakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır:
"Bu dərmanları uzun müddət, böyük dozada qəbul etdikdə insanlarda narkotik effekt yaranır. Belə dərmanlar sinir uclarını keyləşdirir, insana yuxu gətirir, onda "həzz" hissi yaradır. Belə dərmanlar trankvilizatorlar qrupuna (psixotrop dərman maddələri) aiddirlər. Bunları uzun müddət istifadə etdikdə insanda onlara öyrəşmə gedir, qəbul edilməyəndə orqanizm onları tələb edir".
A.Baxşəliyev "tazepam", "fenozepan", "nozepan", "amitryptiline" kimi əsəbsakitləşdirici dərmanların Azərbaycanda dövlət qeydiyyatına alındığını da xatırladıb.
Onun sözlərinə görə, bu dərmanlar yalnız resept əsasında satılmalıdır: "Bu, bütün dünyada belədir. Bu dərmanlar Azərbaycanda da resept əsasında satılır. Lakin, bəzən apteklərdə satıcılar bu dərmanları tanışlarına reseptsiz satırlar". A.Baxşəliyev qeyd edib ki, "uzun müddət" dedikdə dərmanların 2-3 ay müddətinə qəbul edilməsi nəzərdə tutulur:
"Dərmanlar uzun müddət qəbul edilkdə kimdəsə öyrəşmə olmaya bilər. Bu, orqanizmin fərdiliyi ilə bağlı olan məsələdir. Amma daha çox insanda öyrəşmə yaranır".Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib ki, depressiya əleyhinə sakitləşdirici dərmanlar ümumilikdə dərman zəhərlənmələrinə səbəb olan dərmanlar sırasında 3-cü və 4-cü yeri tutur.
Onun sözlərinə görə, ümumilikdə bu ilin yanvar-oktyabr ayları ərzində KTM-ə dərmanlardan zəhərlənmə ilə əlaqədar 597 müraciət edilib. Müraciət edənlərin 80 faizi qadın, 20 faizi kişi olub. Müraciət edənlər arasında 8 uşaq da olub. Onlar valideyn nəzarətindən kənarda qalaraq dərman içərək zəhərləniblər.




 
Bölməyə aid digər xəbərlər
14.01.2018
Həftədə 2 sosis yemək süd vəzi xərçəngi yaradır
11.01.2018
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır
09.01.2018
Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib
05.01.2018
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadizdə
31.12.2017
Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info