Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib
Tarix: 13.12.2017 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, E.Cavadova yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr edib. Sonra Esmira Cavadovaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub. “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva Esmira Cavadovanın Həsən bəy Zərdabi haqqında tədqiqatlarının əhəmiyyətini qeyd edib. Bildirib ki, son dövrlərdə milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair bir sıra dəyərli elmi, elmi-publisistik, bədii əsərlər yazılıb. Onların arasında Esmira Cavadovanın işləri xüsusi qeyd edilməlidir. O, uzun illərdir ki, Həsən bəy Zərdabi irsinin tədqiqi ilə məşğuldur. Həsən bəy Zərdabinin Bakı Dumasındakı çıxışlarını toplayıb çap etmək xüsusilə də qadın tədqiqatçı üçün çox böyük bir işdir. Sona Vəliyeva Esmira Cavadovaya “Kaspi” qəzetinin diplomunu təqdim edib. Tədbirdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digərləri çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salıblar. Bildirilib ki, Esmira Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası görkəmli mütəfəkkirin yaradıcılığına həsr edilən və etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. O, Həsən bəy Zərdabi haqqında silsilə məqalələrin və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların müəllifidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Vikipediyada AXC Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub
17.01.2018
Cəfər Cəfərov: “Ali məktəblərdə səmərəli fənn proqramlarına ehtiyac var”
17.01.2018
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib
17.01.2018
BMT-nin baş katibi: “Münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”
17.01.2018
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8192

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info