“Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
Tarix: 13.12.2017 | Saat: 20:20:00 | E-mail | Çapa göndər



İlkin Mustafayev:
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır”

Müsahibimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətinin rəhbəri İlkin Mustafayevdir:
-Artıq 2017-ci il başa çatır. Yola saldığımız ili Azərbaycan gəncliyi üçün uğurlu il hesab edə bilərsinizmi?
-Əlbəttə. İlbəil Azərbaycan gəncliyinin intellektual səviyyəsi, məşğulluğu artır, ölkədə gənclər üçün yaradılan şərait yaxşılaşır və ən əsası dövlətimizin yürütdüyü gənclər siyasəti Azərbaycan gənclərini tam qane edir. Bu il də Azərbaycan gəncliyi üçün uğurlu il oldu. Ölkədə bir neçə beynəlxalq əhəmiyyətli ictimai, siyasi, elmi və eləcə də gənclər üçün xüsusi əhəmiyyətə malik olan idman tədbirləri keçirildi. Qısası, 2017-ci il Azərbaycanda gənclər üçün uğurlu il oldu desəm, yanılmaram. Yuxarıda da qeyd etdiyim kimi, bu ilin uğurlu il olmasını həm gənclərin ölkədə keçirilən bir sıra beynəlxalq və yerli yarışlarda uğurlu iştirakı, həm bir sıra beynəlxalq tədbirlərdə ölkəmizi yüksək səviyyədə təmsil edərək ölkənin təbliği, Dağlıq Qarabağ həqiqətləri, ərazi bütövlüyünün ictimaiyyətə geniş şəkildə çatdırılmasında, həm də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Sərəncamının imzalanmasında görmək olar. Bütün bunlar gənclərin hər zaman diqqət mərkəzində olmasının bariz nümunəsidir.
-Bəs Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı üçün necə, uğurlu il hesab etmək olarmı?
- Hər il olduğu kimi, 2017-ci ildə də təşkilat var gücü ilə işlədi, gənclərlə sıx əməkdaşlıqla öz işimizi qurduq. Cari ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da bir sıra böyük layihələrə imza atdı, həmçinin bir sıra irihəcmli beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyəti qismində təmsil olunub. Nəzərinizə çatdırmaq istərdim ki, ittifaqın uğurlu fəaliyyətinin əsas səbəblərindən biri, geniş təcrübəyə malik olması və tələbə-gənclərlə sıx əməkdaşlığın qurulmasıdır. Təcürbəni boşuna vurğulamadım, çünki illərin təcrübəsi uğurlu fəaliyyətdə öz sözünü deyir. Maraq üçün deyim ki, ATGTİ-nin əsası noyabrın 20-si 2009-cu ildə qoyulub, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Artıq 8 ildir fəaliyyət göstərən və 200.000-ə yaxın tələbəni əhatə edən, 100-ə yaxın müxtəlif təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatını (TGT) özündə birləşdirən, 35 mindən çox üzvü olan Qafqazın ən böyük tələbə təşkilatı sayılan ATGTİ 600-dən çox layihə, tədbir, görüşlər keçirib, sorğular reallaşdırıb.
İttifaq konkret olaraq 2017-ci il ərzində bir çox böyük layihələr keçirdi ki, bunlara misal olaraq “Səyyar Kitabxana”nı, “Youthvision-2017-ni” Beynəlxalq Mahnı Müsabiqəsini, idman turnirlərini, intellektual yarışları, həmçinin yeni dizaynda təqdim olunmuş Azərbaycan Tələbə Kartının tələbələrə təqdim olunmasını qeyd etmək olar. Beynəlxalq Gənclər Mübadiləsi (Youth exchange) proqramı çərçivəsində ATGTİ-nin nümayəndələri Koreya, Mərakeş, Belçika, Serbiya, Macarıstan, Çexiya, İngiltərə və Rusiyanın müxtəlif şəhərlərinə səfər ediblər və həmin ölkələrdən bir çoxunun gəncləri də ATGTİ-nin qonağı olublar. Cari il ərzində 200-ə yaxın gənc müxtəlif proqramlar çərçivəsində Beynəlxalq tədbirlərdə iştirak üçün xarici səfərlərə göndərilib. Bu tədbirlərdə Azərbaycanda təhsil alan tələbələrlə yanaşı, xaricdə təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər və ittifaq bundan sonra da keçiriləcək tədbirlərdə tələbələrə hər cür təşkilati dəstək göstərmək üçün çalışacaq. Tələbələr üçün təşkilat daxilində, həmçinin müxtəlif dövlət qurumları və QHT-lərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində təcrübə və tələbə təqaüd proqramları da reallaşdırılıb.
İttifaq ötən illərdə olduğu kimi, növbəti illər ərzində də ali və orta ixtisas müəssisələrində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməyi qarşısına məqsəd qoyub.
- Bildiyiniz kimi, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Prezidentin bu ilin sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edildi. Bu Dövlət Proqramı növbəti dörd il üçün Azərbaycan gəncliyinə hansı töhfələri verə bilər?
- Bildiyim qədərilə, bu Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Düşünürəm ki, bundan sonra da gənclərin hərtərəfli inkişafı üçün ölkədə daha böyük işlər görüləcək, ideal şərait yaradılacaq. Proqram uğurla icra edilsə, gənclər siyasətinin səmərələliliyi artacaq, Azərbaycan gəncliyində vətənpərvərlik ruhu, gənclərimizin iqtisadi fəallığı artacaq. Dövlət Proqramının qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur desək, yanılmarıq. Bütün bu görülən işlərin nəticəsidir ki, Azərbaycan gəncliyi cəmiyyətdə fəal rol oynayır. Bu proqram əvvəlki dövlət proqramlarında əldə olunan nailiyyətlər üzərində qurulub. Düşünürəm ki, Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır. Yəni növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq.
Qısası, yeni Dövlət Proqramı qarşıya konkret və aydın vəzifələr qoyub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
12.06.2018
“Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
11.06.2018
BP-də yüksək vəzifədə çalışan Leyla Novruzova: “Karyeramı planlamaqda çox da yaxşı deyiləm“
06.06.2018
“Serbiyada Azərbaycan mədəniyyətinə çox böyük maraq var”
05.06.2018
Sənan Cəfərov: “Bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info