Ömrünün altmışıncı payızını yaşayan sənətkar
Tarix: 14.12.2017 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Dekabrın 13-də Üzeyir Hacıbəylinin ev-muzeyində Bakı Musiqi Akademiyasının doktorantı Günel Zeynallının və muzeyin təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkar İttifaqının katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova Sərdar Fərəcovun yaradıcılığından geniş söz açıb.
Sonra Əməkdar İncəsənət xadimləri, professorlar İmruz Əfəndiyeva, Gülnaz Abdullazadə, Leyla Məmmədova, Həcər Babayeva, Akif Quliyev, Bakı Musiqi Akademiyasının doktorantı Günel Zeynallı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy və Azərbaycan Milli Konservatoriyasının məzunu Zəhra Hüseynova çıxış edərək Sərdar Fərəcovun yaradıcılığından, onun musiqi sahəsində fəaliyyətindən danışıblar. Ömrünün altmışıncı payızını yaşayan sənətkarın bahar təravətli əsərlərinin könülləri fəth etdiyini söyləyiblər.
Bildirilib ki, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Sərdar Fərəcovu 60 illik yubileyi münasibətilə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edib.
Konfransda Sərdar Fərəcovun “Koroğlu freskosu”, “Sübh duası”, “Oda alqış” simli kvarteti və “Zərif vals” əsərləri səsləndirilib.
Sonda yubilyar yaradıcılıq planlarından danışıb, tədbir iştirakçılarına minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tanınmış rəssam ölkəmizi beynəlxalq qurumda təmsil edib
17.07.2018
“İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin təqdimatı olub 
17.07.2018
Məşhur rejissorun itmiş ssenarisi tapılıb
17.07.2018
Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı keçirilir 
17.07.2018
Azərbaycan xalq musiqisi yunanlarda böyük maraq doğurur

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info