Prezidentin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
Tarix: 14.12.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də Qüds məsələsinə dair keçirilmiş fövqəladə Zirvə toplantısında iştirakı Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası Prezident İlham Əliyevin İstanbula bir günlük səfəri, yüksək qonaqpərvərliklə qarşılanması, İƏT-in zirvə görüşündəki dərin məzmunlu çıxışı barədə çeşidli məlumatlar yayıb. O cümlədən Türkiyənin aparıcı televiziya kanalları Azərbaycan dövlət başçısının səfəri, Qüds məsələsindəki ədalətli mövqeyi barədə tamaşaçıları məlumatlandırıb.
Anadolu agentliyi Prezident İlham Əliyevin çıxışının ayrı-ayrı məqamlarına toxunub. Agentlik Azərbaycanın hər zaman fələstin xalqına dəstək göstərdiyini vurğulayan, sammit iştirakçılarını Ermənistanın riyakar xislətindən xəbərdar edən Prezident İlham Əliyevin çıxışından bu fikirləri diqqətə çatdırıb: “Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
TRT Haber kanalının rəsmi saytı “Azərbaycan Prezidenti Əliyev: ABŞ Qüds qərarını yenidən gözdən keçirməlidir” başlığı ilə yaydığı xəbərdə dövlətimizin başçısının çıxışından bir sıra ştatlar verib. Xəbərin “Hər zaman fələstin xalqının yanındayıq” yarımbaşlıq hissəsindən sonra ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının yaratdığı təhlükələr barədə Prezident İlham Əliyevin fikirləri təqdim olunub.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin zirvə görüşündəki çıxışı ilə bağlı Anadolu agentliyinin xəbərləri bir çox KİV-lərdə yer alıb. “Hürriyyət”, “Milliyyət”, “Yeni Şəfəq”, “Yeni Akit” və digər çoxtirajlı qəzetlər Prezident İlham Əliyevin İƏT sammitində iştirakı ilə bağlı ilk xəbər yayan və səfərin əhəmiyyətinə diqqət çəkən KİV-lər sırasındadır. Türkiyə mediasında yayılan bu xəbərlər fotolarla müşayiət olunur.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı
13.12.2018
Müxalifətçi qadından müxalifətçilərə irad: “Onların mübarizə yolları ciblərinə qədərdir”
13.12.2018
Rufiz Qonaqov: “Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu”
13.12.2018
İlqar Orucov: “Azərbaycançılıq məfkurəsi ölkədə milli birliyi təmin etdi”
13.12.2018
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info