Pirallahıda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib
Tarix: 14.12.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin yanvarın 12-də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədilə respublikamızda silsilə tədbirlər keçirilir.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə tədbirlərdən biri rayonun 186 nömrəli tam orta məktəbində mədəniyyət və təhsil ocaqlarının kollektivləri və məktəblilərin iştirakı ilə reallaşıb.
Tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşı Seymur Yusubov çıxış edərək ədəbi məktəb yaratmış ölməz sənətkarın yaradıcılığından danışıb. Bildirib ki, bənzərsiz poeziya nümunələri yaradan Vaqif yaradıcılığı ilə milli ədəbiyyatımızın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə, həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyi təntənəli şəkildə keçirilib. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törədiblər və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar.
Natiq qeyd etdi ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
Tədbirdə 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov isə görkəmli söz ustadı Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə danışıb.
Sonda rayon məktəblilərinin Molla Pənah Vaqifə həsr olunmuş şeir kompozisiyaları və səhnəciklər nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Əliqismət Lalayev “Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı
18.10.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib
18.10.2018
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
18.10.2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı hədiyyələr verilib
18.10.2018
“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info