“TAP hazır olsaydı indi fövqəladə vəziyyət elan etməyə hazırlaşmazdıq”
Tarix: 15.12.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Avstriyada qaz terminalında baş verən qəza Azərbaycan qazını Avropaya, eləcə də İtaliyaya ixrac edəcək TAP kəmərinin əhəmiyyətini ortaya qoydu
Dekabrın 12-də Avstriyanın Baumqarten an der Marx qəsəbəsi yaxınlığında yerləşən qazpaylaşdırıcı terminalda güclü partlayışın təmizləyici filtrlər sistemindəki qüsurdan baş verməsi təsdiqlənib. “Gas Connect Austria” şirkətinin icraçı direktoru Ştefan Vaqenhofer bu barədə açıqlama verərək deyib: “Partlayış günü ehtimal etdiklərimiz artıq öz təsdiqini tapıb. Çərşənbə günü aparılan araşdırmalar nəticəsində təsdiqlənib ki, həqiqətən də yeni montaj olunmuş filtr ayırıcısı yanğının səbəbi və ya başlama nöqtəsi olub”. İcraçı direktorun sözlərinə görə, filtr ayırıcısının qapağı təzyiq nəticəsində yerindən çıxaraq digər qurğulara dəyib və bu zaman baş verən alışma partlayışla nəticələnib. Kornoyburq Rayon Prokurorluğu insan ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açıb. Prokurorluq tərəfindən sifariş verilmiş və səkkiz həftə sonra hazır olacaq texniki ekspert rəyi baş vermiş qəzanın səbəb və gedişatı ilə bağlı suallara tam aydınlıq gətirməlidir. Eyni zamanda, partlayışın vurduğu maddi ziyan da müəyyənləşdirilməlidir. İtaliyanın qaz-infrastruktur şirkəti SNAM bildirib ki, Rusiyadan Avstriya ərazisindən keçməklə “Trans Austria Gasleitung” boru kəməri vasitəsilə İtaliyaya qaz nəqli yenidən bərpa olunub. Bu qəza Azərbaycan qazını Avropaya, eləcə də İtaliyaya ixrac edəcək TAP kəmərinin nə qədər əhəmiyyətli olduğunu ortaya qoymuş oldu. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda da açıqlamasında hökumətin fövqəladə vəziyyət elan etməyə hazırlaşdığını söyləyib: “Avstriyada qazpaylayıcı stansiyada baş verən qəza səbəbindən ciddi problemlə üzləşmişik. Əgər bu gün TAP hazır olsaydı indi qazın olmamasına görə fövqəladə vəziyyət elan etməyə hazırlaşmazdıq”. İtaliyanın nəhəng enerji şirkəti “Eni” korporasiyasının icraçı direktoru Klaudio Deskatsi enerji sektorunda qazın dayandırılması ilə bağlı heç bir problemin olmaması, amma qiymətlərin qalxacağı barədə açıqlama verib. “Əgər bu vəziyyət sabah başa çatsa, o zaman problem yaşanmayacaq. Əgər həftələrlə davam etsə onda qazın qiyməti qalxacaq”. Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsinin 60 faizdən çoxu icra olunub. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 92,3 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 87,4 faizi, TAP kəmərinin inşası üzrə işlərin isə 60,8 faizi icra edilib. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info