Azərbaycan media təmsilçiləri İstanbulda
Tarix: 15.12.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 14 nəfərlik nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən, müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub. Səfər proqramı ümummilli lider Heydər Əliyevin İstanbul şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. KİV təmsilçiləri ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Türkiyə Dış Ekonomik İlişkiler Kuruluna (DEİK) gələn Azərbaycan media təmsilçilərini qurumun başqan yardımçısı Cengiz Gül qarşılayıb. O, nümayəndə heyəti ilə görüşdə təmsil etdiyi qurumun dünya ölkələrində, o cümlədən Azərbaycanda gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. DEİK təmsilçisi Azərbaycanla bağlı layihələrdə Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət yetirildiyini də önə çəkib. Azərbaycanın iradəsi ilə gerçəkləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra qurumun Azərbaycanla bağlı daha böyük layihələri gerçəkləşdirəcəyini bildirib. DEİK təmsilçisi planlaşdırılan layihələrin uğurla tamamlanması üçün medianın verə biləcəyi faydalar barədə fikirlərini bölüşüb. Türkiyə Seyahat Agentaları Birliyində Azərbaycan media təmsilçilərini təşkilatın xarici əlaqələr üzrə koordinatoru Gülberk Aşyarap və departament rəhbəri Fatih Gönül qarşılayıb. Gülbek Aşyarap Azərbaycanla qarşılıqlı turist axınının gücləndirilməsi yönündə layihələndirilən proqramlar barədə məlumat verilib. Azərbaycanda ciddi turizm potensialının olduğunu vurğulayan Aşyapar bu sahənin inkişafı üçün qarşılıqlı əlaqələrin gücləndirilməsinin faydalı olduğunu qeyd edib. O, layihələrin uğurla tamamlanması, hər iki ölkədə turizmin inkişaf etməsi üçün medianın dəstəyinə ümid etdiklərini önə çəkib. Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-nə qədər davam edəcək. Məlumat üçün bildirək ki, səfər proqramı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində keçirilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info