“Ermənistan faşizmi dövlət siyasətinə çevirib”
Tarix: 15.12.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Arye Qut:
“Ermənistanda faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir”

“Vaxtılə Qaregin Njde tərəfindən formalaşdırılmış şovinist erməni millətçi ideologiyası, irqçilik meyli müasir mərhələdə Ermənistan respublikaçılar partiyasının və Serj Sərkisyan başda olmaqla Ermənistan hökumətinin ideologiyasının əsasıdır”

Son vaxtlar dünyanın bəzi ölkələrində faşizmin və terrorizmin populyarlaşdırılması, başqa xalqlara və millətlərə münasibətdə dözümsüzlük müşahidə olunur. BMT Baş Assambleyası bunu nəzərə alaraq yaxın vaxtlarda “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib.
Təəssüflə qeyd etmək istəyirəm ki, bu qətnamə bir qədər gecikib, onu bir neçə il bundan əvvəl qəbul etmək lazım idi. AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifi vurğulayır ki, başqa xalqlarla müqayisədə faşizmdən, terrorizmdən və antisemitizmdən daha çox əziyyət çəkənlərdən biri yəhudi xalqıdır. İsrailli analitik vurğulayır: “İsrailin bu qətnamə barəsində mövqeyi birmənalı və dəyişməzdir. Bu sənəd bütün bəşəriyyətin xeyrinədir, çünki Almaniyada faşizmin təbliğ edilməsinin nəticələri hələ atalarımızın və babalarımızın xatirindədir. Holokost yəhudi xalqının yaddaşında həkk olunmuş dəhşətli və dözülməz sözdür. Bu, yəhudi xalqının vəhşiləşmiş faşist rejimi tərəfindən alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, kütləvi qırğındır. Biz başqa xalqların öz tarixini necə şərh etmək barədə suveren hüquqlarına, öz tarixi keçmişinə və öz milli qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məsələlərinə müdaxilə etmirik. Lakin Holokost kimi dəhşətli cinayətlərdə əli olmuş insanların milli qəhrəmanlara çevrilməsini görəndə biz susmamalıyıq. İndi, gah Ermənistanda, gah Ukraynada və ya başqa bir yerdə nasizm baş qaldıranda israillilər bunu dinməzcə müşahidə edə bilməzlər və etməməlidirlər. Ona görə ki, nasizm, terrorizm və faşizm oddan daha sürətlə yayılmaq xassəsinə malikdir, onun qarşısını almaq və yanğın başlayana qədər onu dayandırmaq lazımdır, sonra gec ola bilər”.

“Faşizmin üzərində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfə verib”
Qutun fikrincə, Azərbaycanda da bu qətnaməyə müsbət münasibət bildirilib. Bu, gözlənilən idi, çünki Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqına xas olan tolerantlıq və multikulturalizm onun əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri ilə ortaq dil tapmasına imkan verir. Azərbaycan xalqlar və konfessiyalar arasında sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma adasıdır. Bu gün Avropa ölkələrinin çoxunda və ərəb ölkələrində millətçilik, ksenofobiya və şovinizmin təzahür, antisemitizmin tüğyan etdiyi bir vaxtda Azərbaycanda belə faktlar yoxdur və heç vaxt olmayıb. Burada bütün milli azlıqlar kimi, yəhudi icması da həmişə cəmiyyətin inteqral hissəsi olub. Hamıya məlumdur ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Faşizmin üzərində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfə verib və İkinci Dünya müharibəsində qələbə naminə Azərbaycan böyük qurbanlar verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq tapır. Onların arasında mənim ailəmin üzvləri də olub. Bu insanlar Azərbaycan xalqının humanizmi və tolerantlığı sayəsində xilas olublar”.

“Ermənistan SS generalı Qarigin Njdenin, “Dro” ləqəbi ilə tanınmış Drastamat Kanoyanın, terrorçu Monte Melkonyanların “milli qəhrəmanlar” kimi populyarlaşdırılması siyasəti yürüdür”
Arye Qutun fikrincə, heç də bütün ölkələrdə vəziyyət belə olmayıb. Başqa dövlətlərə nəzər salanda orada tamam fərqli mənzərə görünür. Məqalə müəllifi yazır: “Məsələn, Cənubi Qafqazın digər dövlətində - Ermənistanda tamamilə bunun əksi olan vəziyyət müşahidə olunur. Doğrudur, Ermənistan gözdən pərdə asmaq üçün yuxarıda adı çəkilən qətnaməyə səs verir, laklın bununla bərabər, Ermənistanda faşizm ideologiyası, irqi ayri-seçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılıması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı, antisemitizm də tüğyan edir”. Politoloq Moşe Bekker haqlı olaraq yazır: “1998-ci ildə erməni politoloq, professor İqor Muradyan “Ermənistanın səsi” qəzetində dərc edilmiş məqaləsində açıq-aşkar nasizm ideologiyasını dəstəkləyirdi. Onun sözlərinə görə, yəhudi-erməni qarşıdurması semitlərlə arilər arasında münaqişədir. O, qondarma erməni soyqırımında yəhudiləri ittiham etməklə kifayətlənməyib sübut etməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında məhz yəhudi xalqı və İsrail dövləti dayanır. Dörd il sonra Yerevanda Romen Yepiskopyanın “Milli sistem” adlı kitabı çapdan çıxdı. Bu kitab Ermənistan yazıçılarının rəsmi birliyi tərəfindən buraxılmışdı. Müəllif bu “elmi əsər”də ermənilərin başına gələn bütün müsibətlərdə yəhudiləri ittiham edir və eyni zamanda yəhudi xalqının tarixində ən dəhşətli səhifə olan Holokostu inkar edir, onu “Yəhudilərin arilərə qara yaxmaq məqsədilə uydurması” adlandırır. Həmişə olduğu kimi, bu dəfə də anlayışlar saxtalaşdırılır”. Qut qeyd edir ki, Ermənistan özünün müsibətlərində yəhudiləri ittiham etməklə paralel olaraq faşist Almaniyasının SS generalı Qarigin Njdenin, “Dro” ləqəbi ilə tanınmış Drastamat Kanoyanın, terrorçu Monte Melkonyanların və onlara oxşar başqalarının “milli qəhrəmanlar” kimi populyarlaşdırılması siyasəti yürüdür, onların xatirəsini və adlarını əbədiləşdirir. Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır: “Vaxtılə Qaregin Njde tərəfindən formalaşdırılmış şovinist erməni millətçi ideologiyası, irqçilik meyli müasir mərhələdə Ermənistan respublikaçılar partiyasının və Serj Sərkisyan başda olmaqla Ermənistan hökumətinin ideologiyasının əsasıdır. 2016-cı ilin may ayında Sərkisyan Yerevanda faşist Njdenin heykəlinin açılışında şəxsən iştirak edib. Ən dəhşətlisi və insanı hiddətləndirən odur ki, “Njdeizm” adlı faşist ideologiyası tədris müəssisələrinin proqramına daxil edilib və Ermənistanın gənc nəsli bu “dəyərlər” ruhunda tərbiyə edilir. Siz deyin, nasist, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə qoyulmasına necə münasibət bildirək. Bu ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli bilinmiş faşist canini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim üçün - babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ağrıdır. Məhz bu səbəbdən bu mənim üçün də şəxsi faciədir”. Məqalə müəllifi vurğulayır ki, belə hadisələri gec işə düşən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terror işini davam etdirəcəklər.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info