“Ermənistan Avropa və bütün dünya üçün təhlükədir”
Tarix: 15.12.2017 | Saat: 18:57:00 | E-mail | Çapa göndər
Arye Qut:
“Ə gər dünya birliyi Ermənistanda faşizmin və terrorizmin təbliğinin cavabında bundan sonra da susmaqda davam edərsə, onda sabah İrəvanın mərkəzində Njdenin heykəli ilə yanaşı Hitlerə də abidə qoyulsa, heç kəs heyrətlənməsin”


“BMT Baş Assambleyası “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Təəssüflə qeyd etmək istəyirəm ki, bu qətnamə bir qədər gecikib, onu bir neçə il bundan əvvəl qəbul etmək lazım idi”. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazıb.

“Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəti yürüdülür”
Arye Qutun fikrincə, Ermənistanda faşizm ideologiyası, irqi ayrı-seçkilik dövlət səviyyəsində təbliğ olunur: “Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında bir neçə milyon ABŞ dollarına başa gəlmiş film çəkilib. ABŞ-ın və Rusiyanın maliyyə yardımı Ermənistanda nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına xərclənir. Ermənistanın bu dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusən, faşizm üzərində qələbədə müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Burada belə bir sual yaranır: Doğrudanmı erməniləri Njde və Dro kimi faşistlərdən başqa qəhrəmanları olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəıti yürüdülür. Terrorizmə fikir versək görərik ki, onunla dözümsüzlük və ekstremizm ideologiyası arasında az fərq var”. Politoloq Moşe Bekker haqlı olaraq yazır: “1975-ci ildə yaradılmış ASALA - Ermənistanın gizli azadlıq ordusu antisemitizm və antitürkizm ideyalarının davamçısı oldu. Onun məqsədi ənənəvi erməni torpaqlarını “azad etmək”, Türkiyə hökuməti tərəfindən reparasiya ödənilməsinə nail olmaq və qondarma 1915-ci il soyqırımının Türkiyə hökuməti tərəfindən açıq etiraf edilməsidir. 1980-ci ildə ASALA-nın rəhbəri İraqda doğulmuş Akop Akopyan (Əbu Cihad) oldu. Akopyan 1972-ci ildə Münxendə İsrailin olimpiya yığma komandasının üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib. Beləliklə, millətçilik məntiqi erməni şovinistlərini dünya birliyi tərəfindən pislənilmiş beynəlxalq terrorçu alyansın sıralarına gətirib çıxarıb”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu yaxınlarda verdiyi bəyanatda maraqlı faktlar göstərib: “1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu. Varujan Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir”. Hikmət Hacıyevin göstərdiyi digər misal Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyanla bağlıdır. O deyib: “M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir, ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir. Murad Topalyan və onun digər tərəfdaşları Ermənistanın “milli qəhrəmanları” sırasındadır”. Amerikalı jurnalist, siyasi icmalçı Piter Teys bu yaxınlarda yazıb: “Ermənistan öz qonşusu Azərbaycana qarşı terrora başlayıb. Nəticədə Azərbaycan xalqı itkilər və müsibətlərlə üzləşib”. Piter Teys təəssüflənir ki, Aİ və ABŞ kimi aparıcı dünya güc mərkəzləri Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terrorun cavabında susurlar. Piter Teys vurğulayıb: “Mən dünya birliyini Serj Sərkisyanın faşist rejiminin əməllərinə münasibət bildirməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ ərazisindən dünya bazarına narkotik maddələr göndərirlər. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etnik mədəniyyətinə və ətraf mühitinə ciddi ziyan vurublar. Ermənistan Avropa və bütün dünya üçün təhlükədir”.
Rusiyalı müəllif Olqa Suxova da bu barədə yazıb. O, Rusiyanın nasistlərlə əməkdaşlıq etmiş erməni lideri Njdeyə Armavir şəhərində xatirə lövhəsi vurulması ilə əlaqədar şəhər sakinlərinin hiddətləndiyini bildirir. Şəhər fəalları hər il bu lövhənin çıxarılmasını tələb edirlər. Kubanlı tarixçi Sergey Novikov isə yazır: “Bu insana xatirə lövhəsi vurulması nasional-sosializmin təbliği deməkdir”. Məqalə müəllifi soruşur: “Belə iş olarmı? Böyük Vətən müharibəsi qəhrəmanlarına xatirə lövhəsi ilə yanaşı, nasistlərlə əməkdaşlıq etmiş erməni liderinə də xatirə lövhəsi vurulsun?”

“Son illərdə dünyanın bir sıra dövlətlərində Ermənistanın və erməni millətçilərinin adları terrorizm və faşizm ilə assosiasiya doğurur”

Njde 1942-ci ildə Berlində yaradılmış “Erməni milli şurası”na daxil olub və öz həmyerlilərini SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. Njde faşistlərlə əməkdaşlıq etdiyini görə 25 il azadlıqdan məhrum edilib və həbs olunub, 1955-ci ildə həbsxanada xəstəlikdən ölüb. İndi isə 57 ildən sonra birdən-birə Armavirdə (Njdenin bu şəhərə heç bir aidiyyəti yoxdur, sadəcə, burada onun həmyerliləri yaşayır), erməni məbədinin ərazisində bu adamın şərəfinə xatirə lövhəsi vurulub. Bir ildən sonra isə həmin memorial üzərində 1918-ci ildə Azərbaycanda mart qırğınında əli olan başqa şəxslərin: azərbaycanlılarla yanaşı, 3 000-dən çox yəhudini məhv etmiş çar ordusunun general-mayoru Andranik Ozanyanın və Amazasp Babacanyanın da adları yazılır. Qutun fikrincə, faşizmin və terrorizmin populyarlaşdırılması üçün erməni millətçilərin bu cür fəaliyyəti nəticəsində son illərdə dünyanın bir sıra dövlətlərində Ermənistanın və erməni millətçilərinin adları terrorizm və faşizm ilə assosiasiya doğurur. Müəllif yazır: “Bu günlərdə, hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Zvezda” telekanalında göstərilmiş bir süjetdə rəsmi Yerevan faşistlərinin əlaltılarını qəhrəmanlar kimi qələmə verməkdə ittiham edilib. Lakin bu da Ermənistan prezidentini və onun komandasını dayandırmır, onlar terrorçuların və faşistlərin populyarlaşdırılmasını, beləliklə, bütün dünyaya meydan oxumağı davam etdirirlər. Njde, Drastaman Kanoyan və başqalarından sonra Sərkisyan və onun komandası daha bir beynəlxalq terrorçunu populyarlaşdırmağı qərara alıblar. Ermənistan prezidenti lap yaxın günlərdə Ermənistanın Dilican şəhərində “milli qəhrəman” Monte Melkonyan adına Hərbi İdman Məktəbinin rəsmi açılış mərasimi münasibətilə keçirilən tədbirdə iştirak edib. Adı məktəblərə, küçələrə verilmiş bu “milli qəhrəman” tərəfindən törədilmiş “igidlikləri” xatırlatmaq istərdik. Melkonyan bütün dünyada məşhur terrorçu, ASALA terror təşkilatının üzvü olub. Melkonyan Azərbaycandan əlavə İtaliya və Yunanıstan kimi Avropa ölkələrində də terror aktları həyata keçirib. 1985-ci ilin noyabrında Melkonyan Parisdə həbs edilib, qanunsuz silah saxlanmasına və sənədlərin saxtalaşdırılmasına görə 6 il həbs cəzasına məhkum edilib, lakin 1989-cu ildə o, müəmmalı şəkildə həbsdən azad edilib və Cənubi Yəmənə sürgün olunub.
1991-ci ildə bu terrorçu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib, orada milliyyətcə azərbaycanlı olan qocaların, qadınların və uşaqların kütləvi şəkildə qətlə yetirilməsində ən fəal formada iştirak edib. 1993-cü ilin iyun ayında qaniçən erməni terrorçu döyüş əməliyyatları zamanı Azərbaycan hərbi qulluqçuları tərəfindən məhv edilib. Məqalə müəllifi yazır: “Dünya birliyi artıq indi belə bir məsələ üzərində fikirləşməlidir: terrorçunun adını daşıyan bu hərbi idman tədris müəssisəsində kimləri hazırlamaq niyyətindədirlər? Cavab aydındır: bu məktəb təkcə Dağlıq Qarabağ üçün deyil, həm də ermənilərin yığcam şəkildə yaşadığı bütün ölkələr üçün potensial təxribatçılar və terrorçular hazırlayacaq. Bu terrorçular erməni millətçilərin xoşuna gəlməyən dövlətlərlə və bu cür şəxslərlə “hesabı çürüdəcəklər”. Arye Qut vurğulayır ki, Serj Sərkisyan faşizmin əsas məqsədlərindən birini - terrorçu “Daşnaksutyun” partiyasının və Njde, Dro və Melkonyan kimi “qəhrəmanların” Ermənistanı monoetnik dövlətə çevirmək ideyalarını həyata keçirir. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan, terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya birliyi Ermənistanda faşizmin və terrorizmin təbliğinin cavabında bundan sonra da susmaqda davam edərsə, onda sabah İrəvanın mərkəzində Njdenin heykəli ilə yanaşı, Hitlerə də abidə qoyulsa, heç kəs heyrətlənməsin”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info