Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə edə bilər
Tarix: 15.12.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər
“Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında səmərəli münasibətlərə xələl yetirir. Ermənistanın işğalçılıq siyasəti təşkilat çərçivəsində regional layihələrin birgə reallaşmasına maneə törədir”. Bu fikirləri Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni ticari fəaliyyət davam etdirilir. Bu, yolverilməzdir. Ermənistan beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir. Rəsmi Yerevan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə öz şəxsi maraqlarından yox, beynəlxalq qanunlara istinad edərək çıxış etməlidir, işğalçılıq siyasətindən əl çəkməlidir”, - deyə nazir müavini əlavə edib. Xarici işlər nazirinin müavini deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən qısa nəqliyyat dəhlizidir. Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edə bilərlər. Nazir müavini deyib ki, Azərbaycan yeni yaratdığı beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional layihələri həyata keçirməyə hazırdır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Qara dəniz ölkələrinə idxal və ixrac əməliyyatlarını artırmaq olar”. Sessiyada çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da bildirib ki, Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə ticarət dövriyyələrini artıra bilərlər. Türkiyə yeni nəqliyyat infrastrukturu vasitəsilə birgə iqtisadi layihələri həyata keçirməyə hazırdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Azərbaycan və İsrail arasındakı əlaqələr möhkəmlənir”
25.04.2018
“Ahaber.com.tr”: “İlham Əliyevin qarşılanma mərasimində ilk dəfə Azərbaycanın şərəfinə “Can Azərbaycan” səslənib”
25.04.2018
İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
25.04.2018
“Azərbaycanla əlaqələri daha da genişləndirəcəyik”
25.04.2018
“Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil“ - Brüsseldən TƏHLİL 

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info