Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
Tarix: 15.12.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 76-cı iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclasda MDB ölkələrinin 2020-ci ilədək Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində dövlətlərarası innovasiya layihələri və tədbirlərinin hazırlanması və maliyyələşdirilməsi qaydaları layihəsini təsdiq ediblər. MDB İqtisadi Şurasının üzvləri elektron və elektrotexniki avadanlıq tullantılarının idarə olunması sahəsində əməkdaşlıq barədə Saziş, eləcə də Gömrük sahəsində Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişə düzəlişlər barədə Protokol layihələrini təsdiq ediblər. İclasda MDB Hökumət Başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti haqqında Konsepsiya və MDB ölkələri dəmir yollarında 2017-ci ildə Tarif siyasəti haqqında Qərarları nəzərdən keçirilib. İclas üzvləri MDB Dəmir Yolu Şurasına yükdaşımalarının həcminin artırılması məqsədilə tarif siyasətini təkmilləşdirməyi tövsiyə ediblər. MDB Iqtisadi Şurasının üzvləri təbii qazdan nəqliyyat vasitələri üçün mühərrik yanacağı kimi istifadə olunmasının inkişafı və stimullaşdırılmasına dair kompleks tədbirlərin 2020-ci ilədək həyata keçirilməsi məsələsini müzakirə edib, müvafiq nazirlik və müəssisələrə bu sahədə fəaliyyəti əlaqələndirməyi tapşırıblar. İclasda bir sıra büdcə-maliyyə və təşkilati məsələlərə baxılıb. MDB İqtisadi Şurasının növbəti iclasını 2018-ci ilin martında Moskvada keçirmək qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info