Xalq şairi Osman Sarıvəllinin doğum günü qeyd olunub
Tarix: 18.12.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, poeziya bayramından əvvəl tədbir iştirakçıları İkinci Şıxlı kənd məzarlığına gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini ziyarət ediblər. Qəbiristanlığın girişində məktəblilər şairin şeirlərini oxuyublar.
Sonra tədbir iştirakçıları şair Eldar Nəsiblinin qəbrini ziyarət edib, “Bura Qazaxdı” şeiri səsləndirilib.
Poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını açaraq bildirib ki, görkəmli şair Osman Sarıvəlli Azərbaycan ədəbiyyatına böyük töhfələr verib, Azərbaycan dilinin inkişafında xüsusi xidmətləri olub.
Sonra Xalq şairinin həyat və yaradıcılığına dair film nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Osman Sarıvəllinin ilk kitabı 1934-cü ildə “Dəmir sətirlərim” adı altında oxuculara təqdim edilib. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdrikliyi, klassik poeziyamızın incəlikləri Osman Sarıvəlli yaradıcılığının mənəvi qidasına çevrilib.
Poeziya bayramında akademik Teymur Bünyadov, Milli Məclisinin deputatlarından Nizami Cəfərov və Ülviyyə Ağayeva, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, filologiya elmləri doktoru Rüstəm Kamal, şair, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, şair-jurnalist Məmməd Əfşan, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Gülamayıl Murad çıxış edərək, Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini söyləyib, şairlə bağlı xatirələrini danışıblar. Qeyd ediblər ki, Osman Sarıvəlli böyük şair olduğu kimi, həm də gözəl tərcüməçi idi. Sənətkar Nizami Gəncəvi, Viktor Hüqo, Puşkin, Nazim Hikmət kimi dahilərin əsərlərini dilimizə tərcümə edib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz köməyini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov saz havaları üstündə şairin şeirlərini oxuyublar.
Qazax Dövlət Dram Teatrı aktyorlarından Zəmanə Dərvişova və Hacı Hacıyevin ifasında “Gətir oğul, gətir” poemasından bir parça ifa olunub.
M.Hüseyn adına məktəb-liseyin və İkinci Şıxlı kənd tam orta məktəb şagirdləri tərəfindən Xalq şairinin bir-birindən gözəl şeirləri səsləndiriliblər.
Xalq şairinin oğlu, Türkiyədə çalışan professor Babək Qurbanov çıxış edərək, atasına verilən yüksək dəyərə və bu cür yüksək səviyyədə tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
İrəvan teatrının bölgələrə qastrol səfəri davam edir
18.12.2018
Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib
18.12.2018
Azərbaycanlı istedad dünyaca məşhur piano müsabiqəsində qalib oldu
18.12.2018
Türk dünyası üçün 2019-cu il “İmadəddin Nəsimi ili” elan olunub
18.12.2018
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info