Ən kiçik mobil telefon təqdim edilib
Tarix: 18.12.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


"Clubit New Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.
AZƏRTAC xəbər verir ki, "Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 millimetr təşkil edir. Nano formatlı SİM-kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.
Aparat 12,5 millimetrlik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya "2G" üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.
"Zanco Tiny T1" mobil qurğusunu "Kickstarter" platformasından 30 funta sifariş etmək olar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info