Nar qabıqlarını atmayın
Tarix: 18.12.2017 | Saat: 13:58:00 | E-mail | Çapa göndər
Olduqca ləzzətli və faydalı olan narın tək dənələri deyil, qabığı və pərdələri də sağlamlığa olduqca xeyirdir. Qabıqları ilə dəriyə qulluq maskaları hazırlaya biləcəyiniz narı başqa necə istifadə etmək olar?
Milli.Az bununla bağlı faydalı məsləhətlər verir.
“C” vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen formasını dəstəkləyərək daha parlaq və sağlam bir görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə də faydalı olduğu sübut olunub.
Nar qabığının tərkibində olan ellagik turşu xərçəngi də müalicə etməyə yardımçı olur. Evdə özünüz də dəmləyə biləcəyiniz nar qabığı çayı ilə dəri, pankreas kimi ciddi xərçəng növlərinin qarşısını ala və ya müalicə etməyə köməkçi ola bilərsiniz.
Nar qabıqları pis xolesterolu da aşağı salır. Diş sağlamlığı üçün də faydalı olan nar qabıqları bir çox diş məcunlarının ana maddəsidir.
Nar qabığı çayı necə dəmlənir?
Narın qabıqlarında olan ağ hissələri ayırın və qabıqları qəzetə büküb Günəş görməyən nəmsiz bir şəraitdə saxlayın. Quruyan nar qabıqlarını ovxalayaraq, bir fincana tökün, üzərinə isti su əlavə edin və 3-4 dəqiqə dəmləyin.
Nar qabıqları ilə saça qulluq
Nar qabıqları qaynadılıb saça sprey olaraq vurulduqda olduqca yararlıdır. Saç uclarını və saç köklərini qidalandırıb nəmləndirən nar qabıqları saçları uzatmağa da kömək edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Duz bağırsaq florasını məhv edir
18.01.2018
Si Tszinpinin hədiyyə etdiyi pandalar Finlandiyaya gətirilib
18.01.2018
Robot sərgisində 200-dən çox şirkət iştirak edir
18.01.2018
Qarajdan düzəldilən komfortlu ev
17.01.2018
“WhatsApp” şübhəli mesajları qadağan edəcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8205

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info