İnsan beyninin qocalmasının sirri
Tarix: 18.12.2017 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Vaşinqtonun Allensko institutundan olan alimlər insan beyninin sürətlə qocalmasının və qabiliyyətlərinin itirilməsi istiqamətində bir sıra tədqiqatlar aparıblar.
Milli.Az xəbər verir ki, beyinin qocalması xüsusi protein maddə ilə əlaqəlidir. Belə ki, beyin və onurğa beyninin hüceyrələrinə (oliqodendrositlərə) nəzarət edən bu mühüm maddə əsəb liflərinin qılafını (mielin) yaradır. Bu qılaflar zədələndiyi zaman beyin öz funksiyasını itirməyə başlayır.
Yaş ortalaması 65-90 olan 107 yaşlı insan üzərində aparılan tədqiqatlarda beyindən xüsusi nümunələr alınıb.
Nəticədə məlum olub ki, əsəb liflərində müşahidə olunan sarı rəngli maddə beyinin müəyyən hissəsinə yayılaraq insanda Alzheimer xəstəliyinin inkişafına şərait yaradır.
Xüsusilə ahıl yaşlarda əsas səbəb amiloid angiopatiyası hesab olunsa da, bu maddənin qatı şəkildə bir yerə toplanması insanlarda güclü yorğunluq və unutqanlıq yaradır.
Əldə edilən nəticələrə görə, beyin epizodik xatirələri bir-birindən uzaq şəkildə silməyə başlayır. Lakin, RNT/DNT nümunələr sübut edib ki, qəbul edilən yeni informasiyaların hippokamp hüceyrələrinə yazılır. DNT nümunələri və beyin tomoqrafiyası nəticələri beyin qabığı qəfəslərində genlərin sürətlə yayıldığını göstərib.
Dezoksiribinuklein turşusunun fəallığı nəticəsində beyin yaşı sürətlə artır və bu beyin fəallığını zəiflədir. Hüceyrələr məhv olur. Mitoxondrilərin fəaliyyətində iştirak edən, orqanizmin enerjiyə olan tələbatının ödənilməsində xüsusi rol oynayan hüceyrə tənzimlənməsi pozulduğu üçün hüceyrədaxili orqanellalar dağılır və beyin qocalır.
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info