Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb
Tarix: 18.12.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Azərbaycanın təbliği və ölkəmiz haqqında qarşı tərəfin obyektiv informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə “Azərbaycan musiqisinin inciləri” adlı musiqi diski buraxılıb.Qeyd edək ki, Özbəkistanda dəfələrlə musiqi həvəskarları Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək Azərbaycan musiqisinə dair mahnıları əldə etmək istədiklərini bildiriblər. Məhz, Azərbaycan musiqisinə olan böyük marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi milli musiqimizin incilərini seçərək onları qardaş ölkədə təbliğ etmək məqsədi ilə disk formasında buraxıb. “Azərbaycan musiqisinin inciləri” adlı musiqi diskində həm Azərbaycan klassik musiqisinin şedevrləri sayılan Üzeyir Hacıbəylinin “Koroğlu uverturası”, “Aşıq sayağı”, “Arşın mal alan - qızların xoru”, Fikrət Əmirovun “Mən səni araram”, “Kürd ovşarı”, Qara Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl” əsərləri, həm də XX əsrin Azərbaycan musiqisinin şah əsərləri hesab olunan Müslüm Maqomayevin “Azərbaycan”, “Sənsiz”, Rəşid Behbudovun “Ay Laçın”, “Nazəndə sevgilim yadıma düşdü”, “Ana”, Şövkət Ələkbərovanın “Azərbaycanım”, “Axşam”, Zeynəb Xanlarovanın “Kimə nə qaldı”, “Cavanlığım”, “Sən mənimsən Qarabağ” və s. hitləri öz əksini tapıb.
Müasir dövr Azərbaycan musiqisinin ulduzları, sevilən mahnılarımız da diskdə öz əksini tapıb. Belə ki, Alim Qasımovun “Əziz dostum”, “Xatirələr”, Akif İslamzadənin “Ala gözlüm”, Flora Kərimovanın “Əzizim”, “Darıxıram sənin üçün Şuşam”, Azərinin “Çırpınırdı Qara dəniz”, Elnarə Abdullayevanın “Azərbaycanım mənim”, Mirələm Mirələmovun “Sənsiz” mahnıları musiqi incilərimiz sırasına daxil edilərək diskdə verilib.
Bildiririk ki, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir. Yaxın vaxtlarda Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ocaqları yaradılacaqdır. Sözügedən ocaqlara ölkəmizin təbliği məqsədi ilə Azərbaycana dair çoxsaylı kitablar, foto və rəsmlər, xəritələr, Azərbaycan bədii filmləri, videoçarxlar, sənədli filmlər hədiyyə olunur.
Qeyd edək ki, musiqi diskləri məhdud sayda hazırlanıb, Özbəkistan Dövlət Konservatoriyasına, musiqi, incəsənət məktəblərinə, yaradılan Azərbaycan ocaqlarına, habelə musiqi diskinin təqdimat mərasimində milli musiqimizə maraq göstərən şəxslərə yalnız hədiyyə ediləcəkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info