Naxçıvanla tanışlıq səfirdə xoş təəssüratlar yaradıb
Tarix: 18.12.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında səfərdə olan Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos bu qədim diyarın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Daha sonra səfir Naxçıvan Dövlət Universitetinə gəlib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının müasir elektron təhsil şəbəkəsi, elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında qonağa məlumat verib.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, hazırda burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 362 növdə, 1128 çeşiddə məhsul istehsal edilir. Həmçinin 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.
“Naxçıvan” Universitetinə gələn səfirə universitetin rektoru, professor İsmayıl Əliyev məlumat verib ki, bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri genişləndirilir. Dünyanın məşhur təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti, son dövrlərdə isə Türkiyənin 9 ali təhsil ocağı, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 51-ə çatıb.
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan şəhərinin ən hündür məkanında inşa edilən Dövlət Bayrağı Meydanı və Muzeyində olub. Bildirilib ki, buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.
Bəhruz Kəngərli Muzeyi ilə tanışlıq da diplomatda xoş təəssüratlar yaradıb. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı Sərəncamına əsasən yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Muzeyin fondunda, ümumilikdə, minə yaxın eksponat mühafizə olunur. Bunlardan 366-sı ekspozisiyada sərgilənir.
Qonaq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyət göstərdiyi bina ilə də tanış olub. Bildirilib ki, bina 2013-cü ildə istifadəyə verilib. Burada yerləşən Bəhruz Kəngərli adına Sərgi Salonunda müxtəlif səpkili tədbirlər keçirilir, naxçıvanlı rəssamların fərdi sərgiləri təşkil olunur.
Nikolaos Kanellos Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodu, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Naxçıvan Günəş Elektrik Stansiyası, Naxçıvan Avtomobil Zavodu və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.
Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
16.07.2018
Cəbrayıl haqqında film ingilis dilində
15.07.2018
Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15.07.2018
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
15.07.2018
DTX Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info