“Münaqişələr regionun normal inkişafına mane olur”
Tarix: 18.12.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Tbilisidə keçirilən GUAM (Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat) Parlament Assambleyasının 10-cu sessiyasında Dağlıq Qarabağ məsələsi də qaldırılıb. Qeyd edək ki, sessiyada regional təhlükəsizlik, transsərhəd cinayətlərə qarşı birgə səylər, bərpa olunan enerji mənbələrinə keçid mövzularında panel müzakirələr keçirilib. Tədbirdə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze, Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema, Baltik Assambleyasının rəhbəri Aadu Must, GUAM-ın baş katibi Altay Əfəndiyev və digər rəsmi şəxslər iştirak edib. Azərbaycanı sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edir. Bu gün GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq.
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze sessiyada çıxışında deyib ki, GUAM ölkələrində münaqişələr regionun normal inkişafına mane olur. O bildirib ki, GUAM çərçivəsində sülh və təhlükəsizlik məsələlərinə tam nail olunmayıb: “Ərazi bütövlüyü məsələsi aktual olaraq qalır. Bu problemlər aradan qaldırılmadan regionun potensialını tam realizə etmək mümkün olmayacaq. Bu sahədə beynəxalq ictimaiyyətin dəstəyinə böyük ehtiyac var”.
M. Canelidze qeyd edib ki, GUAM təşkilatı region və ondan kənarda etibarlı tərəfdaşa çevrilib. Onun sözlərinə görə, təşkilat çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlər əldə olunub: “Təşkilat çərçivəsində ümumi gələcəklə bağlı iqtisadi inkişaf, siyasi konsolidasiya və mədəniyyət və xalqlar arasında əməkdaşlıq sahələri üzrə birgə prioritetlər müəyyən olunub”. Gürcüstan XİN rəhbəri GUAM-ı dəstəkləyən qurum və dövlətlərə təşəkkür edib.

“Beynəlxalq ictimaiyyət münaqişələrin həlli istiqamətində daha aktiv səylər göstərməlidir”
Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli sessiyada deyib ki, GUAM-a üzv ölkələri ümumi ağrı - ərazi bütövlüyü məsələsi birləşdirir. O bildirib ki, regional təhlükəsizlik strateji əhəmiyyətə malikdir: “Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və bu torpaqlardan qanunsuz istifadə davam edir. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən mühüm sənədlər qəbul olunsa da, Ermənistan məhəl qoymur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün geri qayıtmalıdır”.
A. Kərimli beynəlxalq ictimaiyyəti münaqişələrin həlli istiqamətində daha aktiv səylər göstərməyə çağırıb.
Deputat Azərbaycanın region və Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfədən də danışıb. O qeyd edib ki, oktyabrın 30-da BakI-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. "Bu yol Avropa və Asiya arasında ən qısa və etibarlı yoldur. BTQ kimi layihələr regionun cəlbediciliyini artırır”.

“Ermənistan Qarabağ tələsinə düşüb”
Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli isə sessiyada deyib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəxlalq hüquq çərçivəsində ədalətli və tezliklə həlli GUAM-da mövcud digər münaqişələrin də aradan qaldırılmasına yol açacaq. O bildirib ki, 2016-cı ilin aprelində təmas xəttində baş vermiş döyüşlər göstərdi ki, Ermənistana xaricdən dəstək olmasa, Azərbaycan işğal altındakı torpaqlarını bir neçə günə azad edə bilər: “Darlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil. ATƏT-in Minsk qrupu fəaliyyətini daha da gücləndirməlidir”.
Ə. Məsimlinin sözlərinə görə, GUAM ölkələrinin əsas problemi ərazi bütövlüyü ilə bağlıdır: “GUAM ölkələri üçün beynəxlalq dəstək çox vacibdir. Ona görə də ərazi bütövlüyünün bərpası üçün beynəlxalq aləm tərəfindən yeni effektiv mexanizmlər tətbiq olunmalıdır”.
Regionda həyata keçirilən genişmiqyaslı iqtisadi layihələrə toxunan Ə.Məsimli qeyd edib ki, BakI-Tbilisi-Qars dəmir yolu regionun iqtisadi inkişafına böyük təkan verəcək: “Bu layihədən Ermənistan da faydalana bilərdi. Lakin, təəssüf ki, Ermənistan Qarabağ tələsinə düşüb və siyasi oyunların obyektinə çevrilib”.

Misir parlamenti üzvləri ilə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb
Yeri gəlmişkən, millət vəkili Qənirə Paşayeva Misir parlamentinin üzvləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb. Q.Paşayevanın Misir səfərində və rəsmi görüşlərdə Dağlıq Qarabağ problemi əsas diqqət mərkəzində olub.
Deputat aparılan müzakirələrlə bağlı bildirib ki, bir neçə gün əvvəl Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq bu ölkədəki səfirimiz Tural Rzayevlə bərabər Misir parlamentini ziyarət edib: "Sədrin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abd ilə maraqlı görüş və müzakirələr oldu. Misirlə əməkdaşlığın genişləndirilməsində Azərbaycan hər zaman maraqlı olub. Elə görüş zamanı da bu istiqamətdə mövzular əsas diqqət mərkəzində oldu və səfirimizlə birlikdə bəzi məsələ və təkliflərlə çıxış etdik. Ümidvarıq ki, onların reallaşması istiqamətində yaxın zamanlarda Misir tərəfindən fəal addımlar atılacaq. Müzakirələr zamanı əsas diqqət mərkəzində olan məsələ - Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ problemi ərtafında oldu. Misir parlamenti sədrinin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abdaya Qarabağ problemi ətrafında son vəziyyətlə bağlı məlumat verməklə bərabər, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımzda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də geniş danışdıq. Evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin, bütün Azərbaycan xalqının müsəlman ölkəsi Misirdən gözləntilərini də açıq söylədim. Qarabağ məsələsində bundan sonra Azərbaycanı daha da fəal müdafiə etməklə yanaşı, Misir parlamenti tərəfindən Xocalı soyqırımını kəskin qınayan, pisləyən sənədin qəbulu ilə bağlı da danışdıq. Yəni Xocalı soyqırımı ilə bağlı Misir parlamentinin rəsmi mövqeyini açıq şəkildə ortaya qoyan bir sənədin qəbul edilməsinin ədalətin dəstəklənməsi baxımından nə qədər böyük əhəmiyyət daşıdığını açıq şəkildə dostcasına söylədik. Komitələr səviyyəsindən başlayaraq, bu istiqamətdə addımların atılmasının vacibliyi barədə danışmaqla yanaşı, Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edən ölkələr barədə də danışdıq".
Q.Paşayeva qeyd edib ki, eyni zamanda parlamentlərarası əməkdaşlığın genişlənməsi, Misir parlamentində Azərbaycanla əməkdaşlıq qrupunun qısa zamanda formalaşmasının vacibliyi, diplomatik pasportların vizadan azad olunması kimi məsələləri də səfirlə birlikdə diqqətə çatdırdıq və bu məsələ müzakirə olundu: "Misir parlamenti sədrinin 1-ci müavini Mahmud Əş-Şərif bildirdi ki, ərazi bütovlüyü, Dağlıq Qarabağ problemi ilə bağlı Misirin dəstəyi bundan sonra da davam edəcək və ölkəsi Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır. Səsləndirdiyimiz təkliflərlə bağlı məsələlərə baxılacağını deyən Mahmud Əş-Şərif bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün addımlar atılacağını bildirdi. Azərbaycanda keçiriləcək beynəlxalq tədbir çərçivəsində yaxın günlərdə ölkəmizə səfər edəcəyini deyən Misirin Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abda da, Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəklərini bildirdi".
Deputat deyib ki, Azərbaycan səfirliyi Misirdə çox fəal çalışır: "Azərbaycanın Misirdə daha geniş tanınması, Qarabağ həqiqətlərinin təbliği istiqamətində xeyli önəmli işlər görülüb. Amma bu istiqamətdə işlərin daha da artırılmasına ehtiyac var".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info