“Əl-Əhram” qəzeti: “Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub”
Tarix: 18.12.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Misirin geniş oxucu auditoriyasına malik “Əl-Əhram” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair məqalə dərc edib. “Əl-Əhram” qəzetinin aparıcı redaktoru Məhəmməd Həbib misirli jurnalistlərin ölkəmizə səfəri zamanı keçirdikləri görüşlərdən yazıb. Nümayəndə heyətinin Bakıya səfərini səmərəli və yaddaqalan adlandıran müəllif qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən inkişaf prosesləri, ölkədə multikulturalizm və dini tolerantlıq mühitinin formalaşması və dərinləşməsi barədə məlumatlandırılıblar. Görüşdə Əli Həsənov misirli qonaqlara dünyada İslam həmrəyliyinin gücləndirilməsi yolunda Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışıb, müsəlman dünyasının üzləşdiyi problemlərin həlli üçün elmi biliklərin daha da artırılmasının önəmini vurğulayıb. Azərbaycanın da Misir kimi dünya sivilizasiyasının zənginləşməsinə töhfələr verdiyini qeyd edən Prezidentin köməkçisi bu uğurların təbliği üçün müsəlman ölkələrinin mətbuat nümayəndələri, o cümlədən Azərbaycan və Misir KİV-ləri arasında əməkdaşlığın vacibliyinə diqqəti cəlb edib. Görüşdə Əli Həsənov misirli qonaqlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, həmrəylik, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoqa əsaslanan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb. Əli Həsənovun Azərbaycanda mövcud olan tolerantlıq mühiti barədə fikirlərinə yer ayıran müəllif bildirir ki, burada təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşaması bir çox ölkələr üçün nümunədir. Jurnalist Məhəmməd Həbib misirli nümayəndələrlə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edir. Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirir. Bildirilir ki, konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov ölkəmizin İslam həmrəyliyinin, multikulturalizmin gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb, terror və belə mənfi halların qarşısının alınması üçün müsəlman aləminin birliyinin zəruriliyini qeyd edib. “Əl-Əhram” qəzetinin aparıcı redaktoru nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info