Flippində fırtına qurbanlarının sayı 30 nəfəri ötüb
Tarix: 18.12.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər
Flippində fırtınanın doğurduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 49 nəfər itkin düşmüş sayılır. Ölü sayının artacağı istisna olunmur. “Philippine Star” nəşrinin yaydığı məlumata görə, fırtınanın təsirinə 270 mindən çox insan məruz qalıb. Ölkədə 44 min nəfər üçün nəzərdə tutulan 608 təxliyə məntəqəsi açılıb. Çimərlik istirahəti ilə məşhur Borakay adasında 1200 turist təcrid olunmuş vəziyyətdə qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, ada ərazisinin 90 faizini su basıb. Bu səbəbdən Borakay aeroportunda bütün uçuşlar dayandırılıb. Arxipelaqda bir çox bərə reysləri də ləğv olunub, turist qayıqlarının dənizə çıxması qadağan olunub. Bu da çoxsaylı adalar arasında hərəkəti çətinləşdirir. Cənub-Şərqi Asiyada yerləşən Filippin arxipelaqı 7,5 min adadan ibarətdir və onların yalnız 2 minində insan yaşayır.




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Moskvanın şərqində atışma nəticəsində bir nəfər ölüb
24.05.2018
ABŞ-da yük maşını məktəb avtobusuna çırpılıb
23.05.2018
Amerikalı yazıçı Filip Rot 85 yaşında vəfat edib
19.05.2018
Əfqanıstan: stadionda üçqat partlayış törədilib, azı 8 nəfər həlak olub
19.05.2018
Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info