Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan gecə
Tarix: 19.12.2017 | Saat: 03:01:00 | E-mail | Çapa göndər


Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan gecə keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Baş nazir Artur Rəsi-zadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ombudsman Elmira Süleymanova, maliyyə naziri Samir Şərifov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib
Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan yubiley mərasimində şairin həyat və yaradıcılığını özündə əhatə edən sərgi açılıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən il ərzində müxtəlif mədəniyyət müəssisələrində böyük şairin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib: “Hüseyn Cavidin yaradıcılığı, fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olub. 1937-ci ilədək 20-dən çox pyes yazan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub”.
Yubiley mərasimində Hüseyn Cavidin bir neçə əsəri əsasında hazırlanan tamaşa təqdim olunub. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Gülnar Hacıyeva və Cavid Təvəkküldür.
Səhnə əsərində Cavid obrazını əməkdar artist Elşən Rüstəmov canlandırıb. Digər rollarda əməkdar artistlər Kazım Abdullayev, Füzuli Hüseynov, Elxan Quliyev, Mirzə Ağabəyli və başqaları çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info