“Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir
Tarix: 19.12.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Lənkəranda Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən festivalda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda cənub zonasının nemətləri sərgilənir.
Festival iştirakçıları Lənkəranda yaşıl çay yarpağının dərimindən tutmuş ayrı-ayrı müəssisələrdə istehsal edilən növbənöv quru çaylarla tanış olmaq, əsl təbii çayın dəmlənmə qaydasını öyrənmək, yüksəkkeyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamlarından - quş, balıq ləvəngisindən hazırlanan xörəklərdən dadmaq imkanı əldə ediblər.
Park boyu açılan pavilyonlarda Lənkəranda istehsal olunan digər məhsullar, xalq sənətkarlığı nümunələri də sərgilənir.
Festivalın sonunda tanınmış incəsənət ustaları bayram konserti ilə çıxış edəcəklər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Naxçıvan Dövlət Universitetində naxçıvanlı şair və yazıçılarla görüş olub
19.12.2018
Avtomobildə pirotexniki vasitələr və tütün məmulatları aşkar edilib
18.12.2018
Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
18.12.2018
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb
18.12.2018
İmişlidə 16 min ədəd tut tingi əkilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info