Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb
Tarix: 19.12.2017 | Saat: 14:51:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid olan 1 qızıl boyunbağı tapılıb.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva AZƏRTAC-a bildirib ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu sənət əsəri bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.
Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir. Boyunbağının üzərində 6 kiçikölçülü deşik açılıb ki, bu da onun estetik görünüşünü daha da yaxşılaşdırır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Qəbələdə işaxtaran 452 nəfər işlə təmin edilib
19.01.2018
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
18.01.2018
Səbaildə ərazi nümayəndəliyi hesabat verib
18.01.2018
Naxçıvanda daxili işlər orqanlarında xidmət ən müasir tələblər səviyyəsində qurulub
17.01.2018
Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


19.01 15:17
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info