Əli Həsənov: “Həştərxan Biznes Mərkəzi Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafına yeni impuls verəcək”
Tarix: 19.12.2017 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanla Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur. Bu gün Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, bu biznes mərkəzi ölkələrimiz, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək.
Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu vurğulayan qubernator deyib ki, bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.
Həştərxanda bir neçə layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən qubernator Aleksandr Jilkin başa çatmaqda olan 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin daha da artdığını və bu dinamikanın qarşıdan gələn ildə də davam edəcəyinə əminliyini vurğulayıb.
Sonra Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.
Həştərxan Biznes Mərkəzinin ümumi sahəsi beş min kvadratmetrdən çox olacaq. Beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans, fitnes zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel yaradılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”
15.06.2018
Putin Ermənistanın baş nazirini Azərbaycan prezidenti ilə tanış edib
14.06.2018
Əli Əhmədov: “Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başladı”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info